
İdman
875
10.06.2018, 13:37
Ramil Quliyev Norveçdə hamını qabaqladı
Norveçin paytaxtı Osloda atletika üzrə “Brilyant Liqa”nın 5-ci mərhələsi keçirilib. Türkiyəni təmsil edən Ramil Quliyev 200 metr məsafəyə qaçışda finiş xəttinə birinci çatıb. Quliyev bu məsafəni 19,90 saniyəyə qət edib. Bununla hesabındakı xalı 16-ya çatdıran idmançı ümumi sıralamada 3-cü yerə şərik olub. Qeyd edək ki, həmyerlimiz bu il “Brilyant Liqa”nın Dohada keçirilən mərhələsini 3-cü, Şanxaydakı yarışı isə 6-cı yerdə bitirib.