Mövsümlərarası fasilədə bəzi futbolçularla yolları ayıran "Sumqayıt" rəhbərliyi yaranan boşluğu aradan qaldırmaq üçün qollarını çırmalayıb. "Kimyaçılar"a yaxın mənbələrdən əldə etdiyimiz bilgiyə görə, qarşısına daha səviyyəli komanda qurmağı məqsəd qoyan yeni prezident Riad Rəfiyev "Qarabağ"dan ayrılan Əfran İsmayılov və "Qəbələ" ilə yeni müqavilə imzalamayan Elvin Məmmədovla ortaq məxrəcə gəlib. Hər iki futbolçu qarşıdakı günlərdə "ağ-göylər"lə anlaşma imzalayacaq. Hər iki futbolçunun birillik müqaviləyə qol çəkəcəyi gözlənilir. Onlardan başqa "gənclik şəhəri"nin təmsilçisi heyətinə İsraildən futbolçu cəlb edəcək. Söhbət Azərbaycan əsilli və 1990 doğumlu Əli Babayevdən gedir. Dayaq yarımmüdafiəşisi mövqeyində çıxış edən qürbətçi-futbolçu son mövsümü İsrail çempionatının güclülər dəstəsində çıxış edən, ancaq adını dəqiqləşdirə bilmədiyimiz klubda keçirib.
RƏŞAD