• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Felipe Santos “Araz-Naxçıvan”ı yarımfinala daşıdı - REPORTAJ

Ölkə kuboku / Reportaj

2-03-2025, 20:0

1/4 final, cavab oyunu
Zirə (Bakı) – Araz-Naxçıvan 0:2 (0:2)

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev (11. Rüstəm Əhmədzadə, 61), 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 23. Rafael Utziq (70. İssa Cibrila, 61), 3. Ange Mutsinzi, 15. Pyer Zebli (17. Ayron Qomis, 46), 18. Junior Martins (10. Georgi Papunaşvili, 46), 6. Eldar Quliyev (90. Davit Volkov, 46), 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 97. Tyaqo Silva, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 5. Stefan Aka.
Baş məşqçi: Rəşad Sadıqov.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev (6. Vadim Abdullayev, 69), 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə (7. Ülvi İsgəndərov, 81), 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriges (22. Elçin Mustafayev, 86), 4. İqor Ribeyro, 97. Felipe Santos (9. Əyyub Allaş, 69), 10. Bernardo Dias (8. Karlos Jatoba, 81).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli.
Baş məşqçi: Elmar Baxşıyev.

Qollar: F.Santos, 3-p. (0:1). F.Santos, 45-p. (0:2).
Vərəqələr: Q.Alıyev, 35 (hakimin qərarına etiraz). M.İsayev, 44 (qeyri-idman hərəkəti). S.Suma, 56 (qeyri-idman hərəkəti). İ.Paro, 80 (qeyri-idman hərəkəti). G.Papunaşvili, 90+3 (qeyri-idman hərəkəti). V.Melo, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Akif Əmrəli (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Elçin Mehtiyev (Bakı).
28 fevral. Zirə. İdman Kompleksinin stadionu. 200 tamaşaçı.
Hər hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun – 0:1.

Səfərdə minimal hesabla uduzan “Zirə”nin yarımfinala vəsiqəyə can atacağı məlum idi. Amma “qartallar” oyun başlayan kimi uğursuzluq yaşadı.

Hesab artıq 3-cü dəqiqədə açıldı. Mustafa Əhmədzadə bir rəqibdən sıyrılıb Felipe Santosa doğru ötürmə versə də, Ruan topu ələ keçirdi. Renatodan topu almaq istəyən Santos ayağını irəliyə doğru atdı və rəqibin zərbəsi topa yox, Felipenin ayağına tuş gəldi. Referi dərhal “nöqtə”ni göstərdi. Topun arxasına keçən Felipe dəqiq zərbə ilə hesabı açdı. 20-ci dəqiqəsində Zeblinin Utziqə doğru ötürməsinin qarşısını alan Melo komandasının yeni hücumuna başladı. Amma Dias onun ötürməsinə çata bilmədi. 26-cı dəqiqədə Ruan – Martins - Suma kombinasiyasını sonuncu qeyri-dəqiq zərbə ilə bitirdi.

Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda naxçıvanlılar hissənin sonunda daha bir penalti qazandı. Bernardo zünc zərbəsindən qapı qarşısına ötürmə versə də, Məqsəd İsayev Urfan Abbasovun boynundan yapışaraq zərbə endirməsinə mane oldu. Daha sonra referi VAR-da epizoda baxdı və “nöqtə”ni göstərdi. Topun arxasına keçən Santos bu dəfə də Aydın Bayramovu məyus etməyi bacardı. Təbii ki, belə nəticədən sonra “Zirə”nin geridönüş etməsi möcüzə olardı. “Qartallar” artıq üç top vurmalıydı. Amma Rəşad Sadıqov təslim olmaq niyyətində deyildi. O, oyunun axarından kəskin narazı olduğunu 2-ci hissə başlayan kimi Qomis, Papunaşvili və Volkovu meydana buraxmaqla göstərdi.

“Zirə” 2-ci hissəyə fəal başladı. 52-ci dəqiqədə Alıyevin zərbəsini Avram dəf etdi. 57-ci dəqiqədə də meydan sahibləri fərqi azaltmağa yaxın oldu. Qismət qapı qarşısına ötürmə versə də, Utziqin zərbəsi az fərqlə qapıdan aralı keçdi. 65-ci dəqiqədə Papunaşvili uzaqdan bəxtini sınasa da, Avram yenə yerində idi. Cəmi bir dəqiqə sonra Sumanın zərbəsi qapıdan aralı keçdi. 79-cu dəqiqədə “qartallar”, nəhayət, rəqib qapısına yol tapmağı bacardı. Ancaq Volkov Papunaşviliyə ötürmə verərkən top meydanı tərk etmişdi ki, bu üzdən qol sayılmadı.

Bununla da “Zirə” kubok uğrunda mübarizədən çəkildi. “Araz-Naxçıvan” isə hər iki turnirdə yola davam edir, bəlkə də “Qarabağ”dan sonra avrokuboklara qatılmağa ən iddialı namizəddi.

Gözdən qaçmadı
* Felpe Santos qol sevincini qarın üstünə tullanmaqla qeyd etdi.
* Rəşad Sadıqov hakimin qərarına etiraz etdiyinə görə hələ 36-cı dəqiqədə sarı vərəqə aldı.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

28-02-2025, 14:0

"Zirə" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Ölkə kuboku

6-02-2025, 15:0

"Araz-Naxçıvan" - "Zirə": START HEYƏTLƏRİ

Ölkə futbolu

18-01-2025, 15:0

"Zirə" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Premyer-liqa

26-10-2024, 14:0

"Araz-Naxçıvan" - "Zirə": START HEYƏTLƏRİ

Ölkə futbolu

6-11-2024, 18:0

“Zirə” - “Araz-Naxçıvan”: START HEYƏTLƏRİ

Ölkə futbolu

16-02-2025, 14:0

"Turan Tovuz" - "Araz-Naxçıvan": START HEYƏTLƏRİ

Aktual
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
Son xəbərlər
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 19:33
    Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
  • Dünən, 19:25
    Dünya çempionunun yolu haradı?
  • Dünən, 18:33
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:00
    APL Fantasy platformasında qeydiyyatdan keçənlərin sayı 10 000-i ötdü!
  • Dünən, 17:53
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 17:43
    “Tofiq Bəhramov” dolub-daşacaq! – artıq 26945 bilet satılıb
  • Dünən, 17:23
    O, artıq “Barselona”ya lazım deyil
  • Dünən, 17:04
    "Qarabağ" "Dinamo" matçından öncə fan-zona yaradılacaq
  • Dünən, 16:20
    "Şəfa"dan növbəti transfer
  • Dünən, 15:50
    Londondan Liverpula yollandı
  • Dünən, 15:20
    Haunun xələfi o oldu
  • Dünən, 14:49
    “Qarabağ”ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
  • Dünən, 14:20
    "Araz-Naxçıvan" "Sabah"ın müdafiəçisini icarəyə götürdü
  • Dünən, 13:58
    MS-yə yenə gərək olmadı
  • Dünən, 13:27
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 12:56
    Milli komandanı tərk edəcək
  • Dünən, 12:25
    Bolonyadan Turinə yollanmağa yaxındı
  • Dünən, 11:54
    "Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
  • Dünən, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Dünən, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Dünən, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Dünən, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Dünən, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • 12-08-2026, 23:0
    Bundan sonra İtaliyada oynayacaq
  • 12-08-2026, 22:0
    Dortmundu tərk etdi
Daha çox
Oxunub: 334
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 132
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə