“Səbail” hazırlıq üçün Bolqarıstanı nəzərdə tutub
Aftandil Hacıyev: “Hazırda diqqəti legioner seçiminə yönəltmişik”
Yenilənən “Səbail” növbəti mövsümə hazırlığı davam etdirir. Daha doğrusu, baş məşqçi postunda Samir Əliyevi əvəzləyən Aftandil Hacıyev hələ ki komandanı formalaşdırmaqla məşğuldu. Hərçənd məşqçi korpusu da tam müəyyənləşməyib. Əsas köməkçi Emin Ağayev olacaq ki, uzun müddətdi Rusiyada çalışan həmyerlimiz artıq 3 gündü Bakıdadı. Bundan başqa, qapıçılarla işləyən məşqçi, karyerasını yeni başa vuran Fərhad Vəliyev yeni işində debüt mövsümünü səbirsizliklə gözləyir. “Səbail” məşqçilər korpusuna daha iki mütəxəssis cəlb edəcək. Hər halda, baş məşqçi belə deyir: “Emin Ağayev artıq burdadı, iki gündü gəlib. O, əsas yardımçım olacaq. Bildiyiniz kimi, qapıçılarla işləyən məşqçi funksiyasını Fərhad Vəliyev yerinə yetirəcək. Məşqçi heyətində 4 köməkçi olmasını istəyirəm. Ancaq hələ ki ilk növbədə fiziki hazırlıq üzrə mütəxəssis axtarışındayam. Bu işi əcnəbi mütəxəssisə həvalə edəcəyik. Tələsik qərar vermək olmaz, yüz ölçüb bir biçmək lazımdı. Axtarışlarım davam edir. Toplanışa qədər bu məsələni həll etməyə çalışacağıq. İmkan olsa, daha bir köməkçi cəlb edəcəyik”.
Heyətə gəlincə, “yerli bazar”dan Rahid Əmirquliyev, Ağabala Ramazanov, Orxan Əliyev və Şəhriyar Rəhimovu sıralarına qatan, Ruslan Qurbanovla isə şifahi anlaşan paytaxt təmsilçisi indi də legioner transferi üçün qollarını çırmalayıb. Hacıyev əsasən hücumçu və pleymeyker axtarışındadı: “Yerli transfer bazarında müəyyən qədər iş görmüşük. Rahid, Ağabala, Orxan və Şəhriyar artıq bizimlədi. Yaxın günlərdə yeni transferlərimiz də olacaq. Hazırda diqqəti legioner seçiminə yönəltmişik. Bu istiqamətdə fəal iş gedir. Rəsmi olmayana qədər kimlərlə danışıq apardığımızı deyə bilmərəm. Ancaq onu söyləyə bilərəm ki, indiki məqamda bizə hücumçu və mərkəz yarımmüdafiəçisi lazımdı. Daha doğrusu, bu mövqelərdəki boşluğu əcnəbilərlə doldurmaq istəyirik. Səviyyəli hücumçu tapmaq çətindi. Seçimdə yanılmaq istəmirik. Hələ vaxt var, iki-üç həftəyə transferləri tamamlamağa çalışacağıq. Ola bilər ki, işin axarından asılı olaraq, digər mövqelərə də legioner lazım oldu. İlk növbədə ciddi ehtiyacımız olan mövqeləri gücləndirməyə çalışırıq”.
Gənc mütəxəssis “Səbail”in hazırlıq planını da açıqladı. Komandanın təlim-məşq toplanışı üçün üz tutacağı məkan, yoxlama matçları, qarşılaşa biləcəkləri rəqiblər və başqa bir çox detallar böyük ölçüdə müəyyənləşib: “İyunun 20-də bir araya gələcəyik. Hazırlığın ilk mərhələsi fiziki hazırlığa həsr olunacaq. Təxminən iki həftə Bakıda toplanış keçəcəyik. Daha sonra ölkə xaricinə çıxmağı planlaşdırırıq. Hara? Hələ ki tam təsdiqlənməyib, amma böyük ehtimalla bu, Bolqarıstan olacaq. İyulun 7-də səfərə çıxmağı planlaşdırmışıq. Ölkə xaricindəki toplanış çərçivəsində azı 4 sınaq matçı olacaq. İkihəftəlik təlim-məşq toplanışının gedişində kimlərlə qarşılaşacağımızı bir neçə gün sonra açıqlayacağıq. Amma səviyyəli rəqiblərlə oynayacağımız dəqiqdi. Bizə deyiblər ki, olacağımız məkana APOEL, “Anortosis” kimi klublar da hazırlıq keçməyə gələcək. Danışıqlar alınsa, onlarla gücümüzü sınaya bilərik”.
Günün sonunda "Səbail" növbəti transferini açıqladı. Vüqar Bəybalayev bundan sonra qəsəbə təmsilçisinin şərəfini qoruyacaq. Son mövsümü "Sumqayıt"da keçirən 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
MİRAĞA


Son xəbərlər

Adil Şükürov: "Kubokun ən maraqlı görüşü qərb derbisi olacaq"

Regekampf "Neftçi"ni bu kluba dəyişir - İDDİA

UEFA-dan maraqlı paylaşım: "Qarabağ" məğlubedilməzdi"

Elxan Məmmədov dünya çempionatında çalışan azərbaycanlılarla görüşdü

Yeni “Poz-Qazan” oyunları - “Tap, Qazan” və “Göz muncuğu” satışa çıxarıldı

Azərbaycan kubokunda 1/4 finala start verilir - YENİLƏNİR

"Neftçi" "Zirə" ilə oyunun hazırlığını yekunlaşdırdı

"Qəbələ"də iki itki

Emrelinin "Dinamo"ya qoşulacağı tarix bəlli oldu

FA Sautqeytlə bağlı qərarını verdi

Füzuli Məmmədov: “Bu, “Neftçi” üçün gözəl şansdı”

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

De Paul Niderlandla matçı buraxacaq?

"Şamaxı" Rüstəm Əliyevlə yolları ayırıb? - ÖZÜ AÇIQLADI

Sənan Qurbanov: Dünya çempionatında 2 kollektivi xüsusi qeyd etmək olar"

Millinin 10 üzvü İspaniyaya qayıtmayıb

Erik ten Haq Ronaldonun “Mançester”dən ayrılması haqda danışdı

“Səbail”in hazırlıq planı bəlli oldu

"Səbail" rəhbərliyi Mahmud Qurbanova dəstək oldu: klubdan 2 video birdən

Qətərdə mundial bitməmiş stadion sökülür

Bernardo Silvadan Messiyə tərif

Kevin Lavın Lebron Ceyms sevgisi

Ruan Renato: “Qarabağ”la görüşlərdə gözəl nəticə əldə edəcəyimizə ümid edirəm”

Portuqaliyanın yeni qəhrəmanı: “Ronaldo, Levandovski və İbrahimoviç örnək aldığım insanlardı”

Federasiya üzvləri tarix yazan millinin üzvləri ilə görüşdü

“İmarət”in həbs olunan üzvü kimdi?

Azərbaycan "Qran-pri"sində yenilik

Yaponların ənənəsini davam etdirdilər

Millinin heyəti bəlli oldu

“Neftçi”nin nəticəsi - KÖŞƏ

"Sumqayıt" qış təlim-məşq toplanışını bu şəhərdə keçirəcək

Polşalı fanatlar qalib oldular

Millilərimizin rəqibləri bəlli oldu

Qərb derbisini bu hakim idarə edəcək

İsveç-Azərbaycan matçı bu stadionda keçiriləcək

Millinin Yunanıstanla oyununun vaxtı bəlli oldu

Mundial onlar üçün erkən sona çatdı

Premyer-liqa matçı qapıçının formasına görə 7 dəqiqə gec başlayıb

Çin mərhələsi ləğv olundu

Lebron Meciki arxada qoydu

“Səbail” Mirbağır İsayevlə bağlı qərarla razılaşmır

Canər “Fatih Karagümrük”dən “Beşiktaş”a görə ayrıldı?

Bütün xəbərlər