• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Sumqayıt" yenə uduzdu, Vaqif Cavadov günahı hakimdə gördü - REPORTAJ

Premyer-liqa / Reportaj

28-02-2025, 00:0

Neftçi (Bakı) - Sumqayıt 1:0 (0:0)
93. Rza Cəfərov (k) - 6,0
8. Emin Mahmudov - 6,5
(18. Rinosuke Ohori, 82) - qiymətsiz
3. Höccət Haqverdi - 5,5
19. Azər Salahlı - 5,5
(20. Alfa Konte, 82) - qiymətsiz
4. Elvin Camalov - 6,0
14. Edvin Kuç - 5,5
(10. Filip Ozobiç, 82) - qiymətsiz
99. Ervin Koffi - 6,0
44. Yuri Matias - 5,5
24. Mustafa Sek - 5,5
9. Bassala Sambu - 5,0
(91. Ağadadaş Salyanski, 57) - 5,0
11. Aleks Fernandes - 5,0
(47. Murad Məmmədov, 57) - 5,0
Ehtiyat oyunçular
1. Emil Balayev
17. Rəhman Hacıyev
7. Azər Əliyev
90. Ramil Şeydayev
13. Emil Səfərov
23. Robert Bauer
22. Dembo Darbo
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Emin Mahmudov

1. Mehdi Cənnətov - 5,5
14. Elvin Bədəlov (k) - 5,0
7. Rövlan Muradov - 5,0
(2. Sərtan Taşkın, 86) - qiymətsiz
17. Murad Xaçayev - 5,5
20. Ayxan Süleymanlı - 5,0
(8. Səbuhi Abdullazadə, 72) - 4,5
19. Roy Kehat - 5,0
95. Miloş Miloviç - 5,0
12. Georgi Karaişvili - 5,0
11. Momo Yansane - 5,5
(9. Bobir Abdixolikov, 62) - 5,0
60. Tresor Mossi - 5,5
77. Casurbek Caloliddinov - 6,0
(23. Ronaldo Vaskes, 86) - qiymətsiz
Ehtiyat oyunçular
94. Rəşad Əzizli
36. Xəyal Fərzullayev
6. Vüqar Mustafayev
30. Kamran Quliyev
21. Nihad Əhmədzadə
24. Sənan Muradlı
75. Nadir Orucov
Baş məşqçi: Vaqif Cavadov
Komandanın ən yaxşısı: Casurbek Caloliddinov

Qol: F.Ozobiç, 90+3-p.
Vərəqələr: R.Kehat, 35 (qeyri-idman hərəkəti). C.Caloliddinov, 41 (qeyri-idman hərəkəti). S.Abdullazadə, 90+5 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev (hamısı Bakı).
VAR hakimi: İnqilab Məmmədov (Bakı).
VAR hakiminin köməkçisi: Elşad Abdullayev (Bakı).
Hakim-inspektor: İmanxan Sultani (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
21 fevral. Bakı. “Neftçi Arena”. 200 tamaşaçı (11000 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.


Məni nə stadionun boş tribunaları təəccübləndirdi, nə də komandaların oyun tərzi. Kəskin və qarlı hava şəraitinin Bakı küçələrini hakimiyyəti altına aldığı saatlar üçün başqa cür mənzərə düşünmək sadəlövhlük olardı.

Düzdü, matçın baş tutması üçün xeyli tədbir görülmüşdü. Top da qırmızı rəngdə idi, meydançanın ağ görməyə öyrəşdiyimiz xətləri də. Komandalar yetərincə ehtiyatlı oyunla yadda qaldı. Zədədən qorunmaqla yanaşı, sərfəli nəticəyə nail olmaq istəyən futbolçular ara-sıra hücum cəhdləriylə cansıxıcı dəqiqələrə həyəcan qatmağa çalışsa da, matçın əsas vaxtında qol qeydə alınmadı. Baxmayaraq ki, bir neçə epizodda buna xeyli yaxınlaşdılar. İlk tutarlı hücumun müəllifi olan "kimyaçılar" 3-cü dəqiqədə Casurbekin qapıya zərbəsi sayəsində hesabı aça bilərdi ki, Rza yerində idi.

Bir qədər sonra Momo Casurbekin cərimə meydançasının önünə göndərdiyi topu yiyələnməkdə çətinlik çəkdi. Elvinin dərhal təzyiq göstərdiyi futbolçu topu düzgün yönəltməyə fürsət tapsaydı, bəlkə hər şey başqa cür olacaqdı. Ardınca Sambu Koffinin uzaqdan ötürməsi sayəsində yaranan imkanı dəyərləndirə bilmədi. Dəqiq desək, ingiltərəli Mossini aldatsa da, Mehdiylə təkbətək mübarizədən məğlub ayrıldı. 24-cü dəqiqədə "Neftçi"nin daha bir yeni transferi özünü yaxşı tərəfdən göstərməyə cəhd etdi. Debüt matçında fərqlənmək eşqinə düşən Aleks Mehdini "nişan aldı".

Ruhdan düşməyən braziliyalı ikinci cəhddə də eyni aqibətlə üzləşdi. O, bu dəfə Eminin ötürməsini qapıya qeyri-dəqiq zərbə ilə tamamladı. Aleksin 33-cü dəqiqədə qeydə alınan üçüncü cəhdi isə Muradın kritik müdaxiləsinə tuş gəldi.

İkinci hissənin təhlükəli anları Sekin yöndəmsiz qapıyazərbəsiylə start götürdü. Ardınca Kuç komanda yoldaşının uğursuzluğunu təkrarladı. Düzü, burda komandaların yorulduğu hiss olunur, zərbələr effektiv alınmırdı. Qarlı, ağır qazonu da nəzərə alsaq, bəlkə də oyunçuları qınamaq yerinə düşməz. Amma bunu Tural Qurbanova aid etməyək. Referi 77-ci dəqiqədə cərimə meydançasının daxilində Casurbeki yerə sərən Seki əfv etsə də, 90+2-ci dəqiqədə Ağadadaşı həmin mövqedə yıxan Elvini bağışlamadı və dərhal "nöqtə"ni göstərdi. Topa yaxınlaşan Ozobiçin "çərçivə"ni dəqiq nişan alması matçın taleyini həll etdi. Beləliklə, "Sumqayıt"ın bir kubok matçı da daxil olmaqla qələbəsiz və qolsuz oyunlar seriyası 9-a çatdısa, "Neftçi" 6-cı sıradakı yerini möhkəmlətdi.

Gözdən qaçmadı
* "Sumqayıt"dan Bobir Abdixolikov, "Neftçi"dən Aleks Fernandes debüt etdi
* Samir Abasov 62-ci, Vaqif Cavadov 79-cu dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə "sarı" aldı
* "Sumqayıt" səfərdə dəstəksiz qaldı. "Neftçi" qələbəsini "Forza Neftçi"ylə qeyd etdi.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-12-2024, 17:0

"Sumqayıt" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

16-02-2025, 18:0

Azərbaycan derbisi: START HEYƏTLƏRİ

Ölkə kuboku

9-02-2024, 18:0

“Neftçi” - “Sumqayıt”: - START HEYƏTLƏRİ

Premyer-liqa

4-02-2024, 14:0

“Sumqayıt” - “Neftçi”: START HEYƏTLƏRİ

Ölkə futbolu

10-02-2025, 17:0

"Zirə" - "Neftçi": START HEYƏTLƏRİ

Ölkə futbolu

31-01-2025, 17:0

"Neftçi" - "Şamaxı: START HEYƏTLƏRİ

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 239
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 236
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 235
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə