Nazim Süleymanov “Sumqayıt”ın baş məşqçisi oldu
Riad Rəfiyev: “İnanıram ki, seçimimiz özünü doğruldacaq”
Samir Abasovun gedişindən sonra başsız qalan “Sumqayıt” dünən, nəhayət, yeni baş məqçisinə qovuşdu. “Kimyaçılar”ın “sükan”ı Nazim Süleymanova tapşırıldı. Eman Ağayev, Elmar Baxşıyev, Samir Əliyev, Füzuli Məmmədov, Elxan Abdullayev kimi məşqçilər “ağ-göylər”in təklifini geri çevirsələr də, Sumqayıtda dünyaya göz açan, müxtəlif vaxtlarda “Xəzər Lənkəran”, AZAL və “Neftçi”ni çalışdıran Süleymanov Riad Rəfiyevə “yox” deyə bilmədi.
Futbolçu kimi daha uğurlu karyeraya malik olan Nazim bəy məşqçilik dönəmində artıq tarixin yaddaşına köçmüş AZAL-ı premyer-liqanın dördüncüsü kimi avrokuboklara daşımaqla yadda qalıb. Komandası ilk mərhələdə “Minsk”ə boyun əyincə Süleymanov istefa verib. Onun U-19-dakı işini də uğurlu saymaq olmaz. Süleymanovun rəhbərlik etdiyi milli ardıcıl iki il elit raunda çıxa bilməməklə azarkeşləri məyus etmişdi.
İndi Nazim bəy “Sumqayıt”ı ağ günə çıxarmağa çalışacaq. Bacaracaq, ya yox, bunu zaman göstərəcək. Ancaq nəhs gətirmək istəməsək də, qeyd etməliyik ki, Süleymanovun məşqçi kimi özünü təsdiqləyə bilməməsi göz qabağındadı. Nazim bəy məşqçi kimi çalışdırdığı komandaların uğurlarından çox mətbuat konfranslarında səsləndirdiyi fikirlərlə yaddaşlarda qalıb. Onun “futbolun meyvəsi qoldu”, “futbolun dili ötürmədi” sözləri az qala zərbi-məsələ çevrilib.
Dünən “kimyaçılar”ın Müşahidə Şurasının toplantısı olub və iclasda Nazim Süleymanov “Sumqayıt”ın baş məşqçisi kimi təsdiqlənib. Onunla 2 illik müqavilə bağlanılıb. Toplantıdan sonra “gənclik şəhəri”nin təmsilçisinin prezidenti Riad Rəfiyevlə əlaqə saxlayıb, fikirlərini öyrəndik: “Bəzən eşidirdik ki, baş məşqçi məsələsində gecikirik. Və bu da sonda yaxşı nəticələnməyəcək. Tələsik qərar verməyimizə ehtiyac yox idi. Komanda avrokuboklarda oynamır ki, qısa vaxtda seçimimizi edək. Axtardıq, namizədləri bir-bir gözdən keçirib bu gün üçün ən optimal variantı seçdik. Nazim Süleymanov Azərbaycan futbolunda sözünü demiş bir insandı. Məşqçi kimi də işlədiyi klublarda özünü göstərib. Onu da nəzərə alın ki, Süleymanov sumqayıtlıdı, yerli azarkeşlər onun xətrini çox istəyir. İnanıram ki, seçimimiz özünü doğruldacaq və “Sumqayıt” Nazim müəllimin rəhbərliyi altında uğur qazanıb, hamını sevindirəcək. Onunla 2 illik anlaşdıq. Bu gün iclas çox çəkdiyindən transfer və gələcək planlarla bağlı ətraflı söhbət edə bilmədik. Sabah yeni baş məşqçimizlə yenidən görüşüb müzakirələr aparacağıq”.
Təəssüf ki, “Sumqayıt”ın yeni baş məşqçisinin fikirlərini öyrənmək mümkün olmadı. Süleymanov zənglərimizi cavabsız qoydu.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər