Norveçin Stavanger şəhərində şahmat üzrə “Norway Chess” superturniri başa çatıb. Dünən sonuncu - 9-cu turun oyunları keçirilib. Daha öncə qeyd etdiyimiz kimi, Şəhriyar Məmmədyarov (2808) son turda oynamayıb. Fabiano Karuana (ABŞ, 2822) Uesli Soya (ABŞ, 2778) qalib gəlməklə turnirin qalibi olub. Vişvanatan Anand (Hindistan, 2760) Sergey Karyakini (Rusiya, 2782) məğlub edib. Maksim Vaşye-Laqrava (Fransa, 2789) – Maqnus Karlsen (Norveç, 2843) və Levon Aronyan (Ermənistan, 2764) – Hikaru Nakamura (ABŞ, 2769) görüşləri heç-heçə başa çatıb.
Yekun sıralama: 1. Karuana – 5, 2. Karlsen – 4,5, 3. Nakamura – 4,5, 4. Anand – 4,5, 5. So – 4, 6. Aronyan – 4, 7. MƏMMƏDYAROV – 3,5, 8. Vaşye-Laqrav – 3, 9. Karyakin – 3.