İki klub Elhad Nəziriyə söz göndərib

17.02.2025 14:28 325
Ölkə futbolu
Ötən ay 1-ci liqada mübarizə aparan “Cəbrayıl”ın baş məşçqisi Elhad Nəzirinin istefa verdiyini xəbər vermişdik. O, öz istəyi ilə vəzifəsini tərk etdiyini bildirib.

Bəs Elhad bəy hazırda nə işlə məşğuldu? Təklif göndərən klublar varmı? Onun cavabı:

“Cəbrayıl”dan ayrılandan sonra hələlik gözləmə mövqeyindəyəm. İki klubdan söz göndərilib. Amma dəqiq hələ heç nə yoxdu. Yaxın günlərdə nələr baş verəcəyini bilmirəm. Hələ ki klubların adını açıqlaya bilmirəm. Tam reallaşandan sonra mətbuata açıqlama olacaq”.

ƏSƏD SEYİDOV