Sizin reklam burada

Divizion klubları Naxçıvanda oynayacaq

Baxış Sayı:826

Divizion klubları Naxçıvanda oynayacaq
İyunun 12-də Naxçıvanda mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev Kuboku” start götürəcək. PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən aldığımız bilgiyə görə, qurumun Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Muxtar Respublikanın Futbol Federasiyası ilə birgə təşkil edəcəyi turnirdə 4 komanda iştirak edəcək. Bunlar “Araz Naxçıvan”, birinci divizion təmsilçiləri MOİK, “Şüvəlan” və “Zaqatala”dı. Dörd gün davam edəcək yarışın püşkü iyunun 11-də atılacaq.
Qeyd edək ki, sözügedən turnir ardıcıl üçüncü dəfə təşkil olunacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR