“Neftçi”nin baş məşqçi postuna namizədlər
Ölkəmizi Avroliqada təmsil edəcək “Neftçi”nin yeni baş məşqçisinin kim olacağı maraq doğurur. Xatırladaq ki, “ağ-qaralar” çempionatı 3-cü yerdə başa vurdu və “bürünc”ün sahibi kimi beynəlxalq arenada çıxış imkanı qazandı. Lakin paytaxt klubunun rəhbərliyi Tərlan Əhmədovla işbirliyinin davam etdirilməsini məqsədəuyğun saymadı. Bu üzdən artıq hər kəsi düşündürən əsas sual gələcəklə bağlıdı. Görəsən, flaqmanın baş məşqçi postu kimə həvalə olunacaq? “Neftçi”ni Avroliqaya kim çıxaracaq?
Böyük ehtimalla həmin mütəxəssisin adına bu həftə aydınlıq gələcək. Əslində bu nə qədər tez baş versə, o qədər yaxşıdı. Çünki “ağ-qaralar”ı qarşıda Avroliqa mübarizəsi gözləyir. Gələn mütəxəssis isə buna uyğun plan qurmalı, heyətlə bağlı işlərə start verməlidi. Düzdü, “Neftçi”nin heyətdində ciddi “sökülmə” baş verməyib. Lakin ən azı İqnasio Errera, Rəşad Sadiqov kimi futbolçular gedib. Həm gedənlərin yeri doldurulmalı, həm də AL-də uğurlu nəticələr üçün heyət gücləndirilməlidi. Bütün bunlar isə baş məşqçinin kim olacağından birbaşa asılıdı. Dəqiqələşən əsas məqam paytaxt təmsilçisinin əcnəbi mütəxəssisə həvalə olunacağıdı. Bu isə o deməkdi ki, uzun müddətdən sonra “Neftçi”nin “sükanı arxasında” yerli məşqçi olmayacaq.
Hazırda “ağ-qaralar” bir neçə mütəxəssislə danışıq aparır. Klub konkret ad açıqlamasa da, namizədlərin kimliyi bilinir. Gürcü Temuri Ketsbayanı nəzərə almasaq, 4 məşqçinin “Neftçi”yə gəlişi müzakirə olunur. Ketsbayanı siyahıdan çıxarmağımız isə boşuna deyil. Doğurudu, gürcü çalışdırıcının adı da paytaxt təmsilçisi ilə yanaşı hallandı. Lakin sonradan bunun o qədər də real olmadığı haqda informasiyalar yayıldı.
Başqa namizədlərə gəlincə, söhbət iki italiyalı, holland və rumın mütəxəssisdən gedir. Ən real namizəd isə Marius Şumuditsadı. Hətta rumın məşqçinin “ağ-qaralar”ın “sükanı arxasına” keçməsinin an məsələsi olduğu deyilir. Lakin vəziyyət dəyişə də bilər. Bəziləri maliyyə məsələsində tam razılığın əldə olunmadığını düşünür. Çox güman, “Neftçi” mütəxəssisə tələblərini bildirib və əməkhaqqı ilə bağlı təklifini irəli sürüb, hazırda qarşı tərəfdən cavab gözləyir. Sadəcə, Şumuditsa daha yaxşı şərtləri olan komandadan dəvət gözləyir. Elə o özü də yenidən Türkiyədə çalışmaq istədiyini dilə gətirib. Bəlkə də heç yerdən təklif gəlməyəcəyi halda “Neftçi”ni seçəcək. Hər halda, rumın çalışdırıcını “ağ-qaralar”ın başında görsək, təəccüblənməyəcəyik. 2008-ci ildən məşqçilik karyerasına başlayan Şumuditsa bu müddətdə 10-dan çox klubda çalışıb. Son iş yeri “Kayserispor” olan 47 yaşlı çalışdırıcının əsas uğuru “Astra”nı ölkəsinin çempionu etməkdi.
Namizədlər arasında iki italiyalı mütəxəssi var ki, bunlar Andrea Stramaççioni və Canni De Byazidi. Stramaççioninin artıq Bakıdan gələn təklifi geri çevirdiyi deyilir. O, İngiltərədə çalışmaq arzusunda olduğu üçün bu addımı atıb. 42 yaşlı mütəxəssinin "Aston Villa"nın "sükanı arxasına” keçmək variantı var. Stramaççioni son olaraq Praqa "Sparta"sını çalışdırıb. O, “İnter”, “Udineze” və “Panatinaikos” klublarında da baş məşqçi olub. Daha öncə isə gənclərlə çalışıb. Stramaççioni vaxtilə ölkəmizə də səfər edib. Mütəxəssis “İnter”in baş məşqçisi kimi Avroliqanın qrupunda “Neftçi” ilə duel üçün paytaxtımıza gəlib. Onun həmyerlisi Canni De Byazi isə “Neftçi”ni uğura daşıya bilər. Son olaraq İspaniya "Alaves"ini çalışdıran 61 yaşlı mütəxəssislə danışıqlar müsbət tamamlansa, “ağ-qaralar” italiyalı mütəxəssisə həvalə olunacaq. De Byazi İtaliyada “Torino”, “Udineze”, SPAL kimi klubları, İspaniyada “Alaves”dən başqa “Levante”ni də çalışdırıb. O, yığmada da iş başında olub. Mütəxəssis 2011-17-ci illərdə Albaniya millisinin "sükanı arxasında” idi. Özü də sözügedən komandanı tarixində ilk dəfə AÇ-nin final mərhələsinə çıxarmışdı.
O ki qaldı holland mütəxəssisə, Ruud Qullit namizədlərdən biri kimi göstərilir. Düzdü, əfsanəvi futbolçu oyunu ilə saysız-hesabsız azarkeşlərin könlündə taxt qura bilib. Lakin məşqçi kimi holland haqda eyni sözləri demək olmur. 1996-cı ildən başlayaraq İngiltərədə “Çelsi”, “Nyukasl”, ölkəsində “Feyenoord”, ABŞ-da “Los- Anceles Qalaksi”, Rusiyada isə “Terek”də uğursuz məşqçilik kareyrası keçirib. Qısa müddətdə Hollandiyanın U-19-nu çalışıdırıb, əsas yığmada köməkçi olub. Ancaq futbolçu kimi qazandıqlarının cüzi hissəsini belə məşqçilikdə təkrarlaya bilməyib. Onun “Neftçi”yə nə verə biləcəyini proqnozlaşdırmaq çox çətindi. Qullitin seçimi yalnız reklam baxımından “ağ-qaralar”ın işinə yaraya bilər. Bu sanki Dieqo Maradonanın Belarus “Dinamo-Brest”ində işləməsinə bənzəyir. Populyarlıq olacaq, ancaq nəticə haqda eyni sözləri demək çətindi. Çünki Qullitin məşqçi kareyrasında ümidverici nəsə yoxdu.
FARİZ

Son xəbərlər

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Bütün xəbərlər