Kubokun mükafatı: 9 min manat!
“Keşlə” rəhbərliyi müqavilə müddəti başa çatanlarla danışığa başlamayıb
“Keşlə”nin sensasiyalı şəkildə kubokun finalına yüksəlməsinə ən çox sevinənlərdən biri, bəlkə də birincisi Zaur Axundov idi. Bu ilin əvvəlində, Yuri Maksimovun rəhbərlik etdiyi kollektiv özünə bənzəməyəndə daxildəki suları bulandıran Müşahidə Şurasının sədrinin zaman-zaman ukraynalı çalışdırıcı ilə münaqişə yaşaması yaddan çıxmayıb. Həttə iş o yerə çatmışdı ki, Maksimov əşyalarını yığıb Ukraynaya qayıtmaq istəyirdi. Lakin Yuri Vilyeviç zamanla nəyə qadir olduğunu ortaya qoyub, Axundova nələrisə sübut etməyi bacardı.
Odu ki, komandaya rəhbər təyin olunduğu ilk vaxtlarda narahat görünən Zaur bəyin indi rahatlaşması başadüşüləndi. Məşqçilər heyəti və futbolçuların əməyini yüksək qiymətləndirən, həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan bu şəxs final matçından sonra səxavət nümayiş etdirib. Ötən saylarımızda qazanılan uğurun müqabilində məşqçilər heyəti və əsas heyətdə meydana çıxan futbolçulara 5 min manat mükafat veriləcəyini yazsaq da, əsl rəqəm bundan təxminən iki dəfə çoxdu. Dünən “Keşlə”nin üzvlərindən biri ilə söhbətdə məlum oldu ki, Zaur Axundov titulun və Avroliqaya vəsiqənin qazanılmasını əldə əsas tutaraq məşqçilərlə əsas heyət üzvlərinin hər birinə 9 min manat verib. Meydana sonradan çıxanların qazancı 6500 manat olubsa, sona qədər ehtiyatda qalanlar 4500 manat irəli düşəcək. Klubdakı bir nömrəli söz sahibi onu da qeyd edib ki, Avroliqada keçiləcək hər mərhələnin mükafatı indi paylanan puldan daha artıq olacaq.
Maraq üçün qeyd edək ki, mövsümün başa çatmasına baxmayaraq, “Keşlə” rəhbərliyi klubla müqavilə müddəti bitən bəzi futbolçularla yeni anlaşma şərtləri ilə bağlı müzakirələrə başlamayıb. Hətta “Səbail”in olduqca sərfəli təklifinə “yox” deyən Slavik Alxasov da gözləmə mövqeyindədi. Ehtimal olunur ki, buna səbəb “Keşlə”yə maliyyə ayıranların növbəti mövsümlə bağlı büdcəni açıqlamamasıdı. Belə deyək, Zaur Axundovun əlində konkret məbləğ yoxdu deyə, futbolçularla görüşüb şərtlərini irəli sürə bilmir.
HƏBİB


Son xəbərlər

Liberiya millisinin üzvü Azərbaycan klubunun düşərgəsində

"Kəpəz" qərb derbisinə itkilərlə çıxacaq

Makqreqor xəstələnən Poryeyə söz atdı

“İmişli” Saatlını doğma stadiona dəyişir

DÇ-2022-də 1/4 final həyacanı - YENİLƏNİR

Fürinin xanımı də Usikin adını çəkdi - MÜSAHİBƏ

"Xarı Bülbül" Çağırış kubokunda iştirak edən rəqibini məğlub etdi

Şəhriyar Əliyev: “Ayxan Abbasov nə desə, o da olacaq”

"Mingəçevir" - "Qaradağ Lökbatan" matçını bu hakim idarə edəcək

2 yığmanın seçmə mərhələdə oyunlarının vaxtları açıqlandı

Gəncədə qərb, Bakıda paytaxt derbisi - YENİLƏNİR

Azərbaycanlı məşqçilər Brondbüdə seminarda iştirak ediblər

2 idmaçımızdan qızıl medal

Liderdən növbəti qələbə

İspaniya nəhəngi Qarnaçonu istəyir

"Azersun Arena"da 4 qol - VİDEO

Qurban Qurbanov: "Cavab qarşılaşması daha maraqlı olacaq"

Elmar Baxşıyev: "İstədiyimi komandamdan görürdüm"

Kamal Bayramov: "Qərb derbisi azarkeşlər üçün xüsusi maraq kəsb edir"

Yüksək Liqada ilə yekun vuruldu

Braziliya millisi üçün xoş xəbər

Raysın durumuna aydınlıq gəldi

“Zirə”dən minimal hesablı qələbə - VİDEO

Laurentsiu Regekampf: “Komandamı dəyişməyi düşünmürəm”

Rəşad Sadıqov: “Meydanda amansız mübarizə gedirdi”

Endrikin yeni klubu bəlli oldu

“Zirə”nin hücumçusu zədələndi

“Neftçi”də ciddi itki

“Türkiyə futbolu Avropa səviyyəsindədi”

Azərbaycanlı şahmatçı İspaniyada çempion oldu

Lənkəran təmsilçisi matça gəlmədi

“Türkiyədə açıqlamaq istəmədiyim səbəblərə görə şans qazanmadım”

Messi – Ronaldo rəqabəti DÇ-də də davam edir

"Emin Mahmudov tək "Neftçi"nin yox, Azərbaycanın aparıcı futbolçularından biridi" - "Neftçi" azarkeşi

“Qətərdə hələ ki, heç bir neqativ durum yaşanmayıb”

Hörmət, yoxsa sərvət? - TƏHLİL

Azərbaycan şahmatçıları üçün Mahaçqala sınağı

“Zirə” ilə oyundan əvvəl "Neftçi"də “Sağlamlıq durumu” - VİDEO

FFF-nin şikayəti əsassız sayıldı

DİN azarkeşlərin saxlanılmasına reaksiya verdi: “Onlar ictimai qaydaları pozub”

Mbappe İngiltərə ilə oyunu buraxa bilər

Nazir Sumqayıtda idmançılarla görüşdü

Bütün xəbərlər