“Səbail” daha bir futbolçusu ilə sağollaşıb. Klub rəsmi “feysbuk” səhifəsi vasitəsilə açıqlama yayaraq, Pərviz Qaraxanovla yollarını ayırdığını bildirib. Belə ki, Qaraxanovun muqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub. Futbolçuya azad agent statusu verilib. Bununla da “Səbail”dən ayrılan oyunçuların sayı 13-ə çatıb. Buna qədər rəhbərlik Yevgeni Koçuk, Faruk Miya, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə, Kərim Diniyev, Vüqar Nadirov və Ruslan Əmircanovla vidalaşmışdı.