“Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib. Rail Məlikov karyerasını “gənclik şəhəri” təmsilçisində davam etdirmək qərarına gəlib. 33 yaşlı müdafiəçi yeni anlaşmaya əsasən daha bir il “kimyaçılar”ın uğurları üçün çalışacaq. Xatırladaq ki, ondan öncə “gənclik şəhəri”nin təmsilçisi Vurğun Hüseynov, Cavid Tağıyev və Bəxtiyar Həsənalızadə ilə “izdivac”ı yeniləmişdi.
RƏŞAD