“Sabah” ev oyunlarını “Əlincə”də keçirəcək
Kərim Diniyev debütantla anlaşdı
Növbəti mövsüm elitada mübarizə aparacaq “Sabah”ın baş məşqçi postunda dəyişiklik etdiyini bilirsiz. Arif Əsədovun yerinə Elşad Əhmədov komandanın başına keçib. Dünən isə ilk transferin reallaşdırıldığını eşitdik. Söhbət “Səbail”in yolları ayırdığı Kərim Diniyevdən gedir.
Klubun transfer siyasəti, yay hazırlıq planı və başqa məsələlərlə bağlı məlumat almaq üçün Elşad Əhmədovla əlaqə saxladıq: “Hələ rəsmi qaydada “Sabah”ın baş məşqçisi deyiləm. Sadəcə, arada razılaşma olub. Elə Kərimlə də ilkin anlaşma əldə olunub. Müqavilə imzalanmadığından hansısa müddətdən danışmaq yersizdi. Yəqin ki, gələn həftə münasibətlər rəsmiləşəcək. Transferlərə gəlincə, “Xəzər”dən 4-5 futbolçunu sərəncamımda görmək istəyirəm. Yəqin ki, “Sabah”ın birinci divizionda oynayarkən heyətində yer alanlardan da dörd-beşi komandada qalacaq. İyunun 18-də Bakıda məşqlərə başlayacağıq. Təlim-məşq toplanışının ikinci mərhələsini isə Türkiyədə keçməyi planlaşdırırıq”.
Baş məşqçidən onu da öyrəndik ki, “Sabah” premyer-liqada ev oyunlarını “Əlincə” stadionunda keçirəcək.
Təbii ki, 1 yaşlı klubun peşəkarlaşmaq üçün hələ çox yol qət etməsi, çox işlər görməsi tələb olunur. Təhsil Nazirliyinin kurasiyasında olan “Sabah”a ilk növbədə mətbuat katibi lazımdı. Artıq bu vəzifə üçün namizəd var. Söhbət komanda.az saytının əməkdaşı Elnur Həmidovdan gedir. Ötən il İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğuda ən yaxşı idman jurnalisti seçilən həmkarımızla ilkin razılıq əldə olunub. Çox güman, gələn həftə Həmidovun da bu posta təyinatı rəsmiləşəcək.
Hazırda klubla bağlı informasiya vasitəsi yalnız “feysbuk” səhifəsidi. 2600 nəfərdən artıq izləyicisi olan səhifədə isə son paylaşım mayın 28-nə təsadüf edir ki, o da Cümhuriyyətimizin yaranmasının 100 illik yubileyi ilə bağlı təbrikdi. Orda heç Elşad Əhmədovun təyinatı haqda da məlumata rast gəlmədik. Görünür, münasibətlərin müqaviləylə rəsmiləşməsini gözləyirlər.
Bundan başqa, klub saytının tezliklə hazır olacağına və “Səbail”in addımını (hələ də saytları yoxdu) təkrarlamayacağına ümid edirik.
SƏRXAN


Son xəbərlər

"Məhsul" liderliyini davam etdirir

Daha 2 1/8 finalçı bəlli olur - YENİLƏNİR

Fransa - Polşa matçının ən yaxşısı müəyyənləşdi

Ruzanna Məmmədova: “Ən çox Azərbaycan tarixi ilə bağlı kitablar oxuyuram” - LAYİHƏ

İngiltərədə itki

Fransa 1/4 finala belə yüksəldi - VİDEO

"O, böyük tennis uğurlarına çatmaq üçün yaranıb"

Verdasko yarışlardan kənarlaşdırıldı

Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Zirədə 3 qol - VİDEO

Rəşad Sadıqov: "Orxan Məmmədova deyirəm ki, bəlkə lazım olanda 10-15 dəqiqə bizim komandada oynayasız"

Ayxan Abbasov: "Qış fasiləsində rəhbərliklə danışığımız olacaq"

"Zirə" və "Sumqayıt"dan qələbə - YENİLƏNİB

"Sumqayıt"ın mövsümdə ilk qələbəsi - VİDEO

İlk səfər qələbəsinin sirri - AÇIQLAMA

"Əsas hədəflərimdən biri millinin şərəfini qorumaqdı" - "Şamaxı"nın ulduzu

Rahid Əmirquliyev: "Bu vəziyyətdən çıxmağa çalışırıq"

Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"

Samir Abasov: "Turnir cədvəlinə baxıb, imtina edənlər var"

“Araz-Naxçıvan”dan ayrılmaq fikrim yox idi, belə addım atmaq məcburiyyətində qaldım”

"Futbol məkanını pis günə qoyanlar evlərində, həyət-bacalarında bunu etməzlər"

Kevin Dürant 8-ci pilləyə yüksəldi

Elmar Baxşıyev: “Sanki mənə futbolçular təqdim olunur, geri çevirirəm”

Makdevid 40 xal həddinə hamıdan tez çatdı

"Qarabağ"dan həbs olunan azarkeşləri ilə bağlı rəsmi AÇIQLAMA

“Aşırı robotlaşma futbolu uçuruma apara bilər”

Martino Meksika yığmasından ayrıldı

"İmarət" həbs olunan üzvləri ilə bağlı bəyanat yaydı

Millimizdən ardıcıl iki məğlubiyyət

"Kəpəz" daha bir futbolçunu ikinci komandaya göndərdi

İdmançımız birinci oldu

AGİN-in balansında olan komplekslərdə fərqli mühafizə və təhlükəsizlik sistemi var

Pelenin kliniki vəziyyəti sabitdi

Uayt ölkəsinə niyə qayıdıb?

Azər Bağırov bir neçə futbolçunu izləyir

“Son hədd 24 mərhələdi”

ŞOK! "Neftçi" - "Qarabağ" matçından sonra 2 azarkeş həbs edilib

Məqsəd üçün əlamətdar tur

“Formula-1” pilotu uşaqlar üçün dəbilqəsini satdı

Emma Radukanu ordenlə təltif olundu

Qətərlilər almanları ələ saldı

Yaponiyalı basketbolçunun baldırı dartılıb

Bütün xəbərlər