Sizin reklam burada

Günay Məmmədzadədən növbəti rekord

Title
Günay Məmmədzadədən növbəti rekord
Beynəlxalq Şahmat Federasiyası (FİDE) mayın yekunlarına əsasən reytinq siyahısını yeniləyib. Şəhriyar Məmmədyarov əvvəlki kimi 2808 əmsalla ilk “3-lüy”ü qapayır. Yığmamızın lideri yalnız Maqnus Karlsen (Norveç, 2843) və Fabiano Karuanadan (ABŞ, 2816) geri qalır. Teymur Rəcəbovun (2751) reytinqi dəyişməsə də, bir pillə geriləyib – 17. Rauf Məmmədovun (2708) əmsalı da sabit qalıb. Ancaq bu şahmatçımız 3 həmkarını irəli buraxaraq, 36-cı pillədə qərarlaşıb. Arkadi Naydiç əvvəlki kimi 2697 əmsalla 47-cidi. Əvəzində Eltac Səfərli reytinqdə xeyli yüksəlib. Əmsalını 2666-ya çatdıran həmyerlimiz 14 pillə irəliləyərək 77-ci yerdə bərqərar olub. Mövqeyi dəyişməyən Qədir Hüseynov (2654) yenə 99-cu sırada yer alıb.
Qadınların ilk “100-lüy”ündə yeganə təmsilçimiz olan Günay Məmmədzadənin əmsalı dəyişməsə (2442) də, daha 2 pillə irəliləyib. Beləliklə, 32-ci yerə yüksələn Məmmədzadə ardıcıl ikinci ay ölkə rekordunu yeniləyib. İlk “3-lük”də uyğun olaraq, Yifan Hou (Çin, 2658), Venyun Yu (Çin, 2570) və Anna Muziçuk (Ukrayna, 2564) yer alıb.
Ölkələrin reytinqində 2667 xalla 6-cıyıq. Bizi Rusiya (2745), Çin (2709), ABŞ (2702), Ukrayna (2674) və Hindistan (2673) qabaqlayır.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.