Qazaxıstanla oyun moldovalı hakimlərə tapşırıldı
Yığma Qırğızıstanla yoxlama matçından sonra (3:0) Bakıda təlim-məşq toplanışını davam etdirir. Qurban Qurbanovun yetirmələri iyunun 3-də ölkəni tərk edərək Qazaxıstana yollanacaq. Qeyd edək ki, milli adı çəkilən ölkənin əsas komandası ilə bu ayın 5-də yoxlama oyunu keçirəcək. Heyətdə ciddi problem yoxdu. Yalnız Pavel Paşayevin yüngül zədəsi var. Müdafiəçinin durumuna bu gün tam aydınlıq gələcək.
Yeri gəlmişkən, “Astana Arena”da keçiriləcək matçın hakimləri də müəyyənləşib. Qarşılaşma moldovalı ədalət təmsilçilərinə tapışırılıb. Oyunun baş hakimi Aleksandr Tyan olacaqsa, laysmanlar Andrey Bodyan və Viktor Mardaridi. Dördüncü hakim funksiyasını isə Dmitri Muntyan yerinə yetirəcək.
Sözügedən qarşılaşmanı, eləcə iyunun 9-da yığmanın Latviya ilə sınaq görüşünü, böyük ehtimalla, “CBC Sport” canlı yayınlayacaq. Lakin bu məsələ hələ tam dəqiqləşməyib.
FARİZ