Sizin reklam burada

“Sumqayıt” yüksək liqanın qalibi oldu

Title
“Sumqayıt” yüksək liqanın qalibi oldu
AFFA-nın qadın futbolçular arasında təşkil etdiyi yüksək liqada 2017/18 mövsümünə yekun vurulub. Dünən “Bayıl Arena”da keçirilən son oyunda “Təhsil” və “Sumqayıt” komandaları qarşılaşıb. 2:1 hesabıyla qalib gələn “Sumqayıt” mövsümün qalibi olub. “Qəbələ” ikinci, “Təhsil” isə üçüncü yeri tutub.
Oyun başa çatandan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev, futbol veteranı Rüstəm Rəhimov, 19 yaşadək qızlardan ibarət yığmanın baş məşqçisi Vüqar Əsgərli, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Qadınlar Liqasının Təşkili Şöbəsinin rəisi Nəriman Axundov təqdim edib.
"Təhsil" komandasının üzvü Sona Rəhimova 35 qolla mövsümün ən məhsuldar oyunçusu olub. Liqanın ən yaxşı oyunçusu "Sumqayıt"da çıxış edən Vüsalə Hacıyeva seçilib. “Feyr-pley” mükafatına isə "Qəbələ"nin futbolçusu Gülənbər Qasımova layiq görülüb. Həmçinin oyunu idarə edən hakimlərə diplomlar təqdim edilib.
İlk üç yeri tutan komandalar müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.