2017/18 mövsümü: xoş xatirə, yoxsa “qara kabus”?
Ağasəlim Mircavadov: “Bütün məşqçilər şablon modeldən yararlandı”
Ceyhun Əliyev: “Ən baxımlı oyun sərgiləyən komanda “Sumqayıt” oldu”
Orxan Məmmədov: “Ən çox bəyəndiyim oyunçu kimi Slavik Alxasovu qeyd edə bilərəm”

Mayın 28-də Qəbələdə keçirilən kubokun finalı ilə ölkə futbolunda daha bir mövsümü geridə qoyduq. Bəziləri 2017/18 “futbol ili”ni hələ uzun müddət xoş xatirə kimi xatırlayacaq, bəziləri isə geridə qalan mövsümü “qara kabus” kimi dəyərləndirib tezliklə unutmağa çalışacaq. Heç şübhəsiz, mövsümün sürprizi “Keşlə”nin ölkə kubokunu başı üzərinə qaldırması oldu. “Qarabağ”ın çempion olacağı, “Qəbələ”nin isə gümüş medallara sahib çıxacağı əvvəlcədən bəlli idi. Neçə illərdi mükafatçılar sırasına düşə bilməyən “Neftçi”nin “bürünc” qazanması da qeyd olunası məqamdı. Bəs görəsən, futbol ictimaiyyəti 2017/18 mövsümü barədə hansı fikirdədi? Bunu bilmək üçün bir mütəxəssis, mövsümü daim yaxından təqib edən bir idman jurnalisti və bir hakimlə danışmağı lazım bildik. Onların hər üçünə eyni sualları ünvanladıq:
1. Ölkə çempionatında sərgilən oyunun səviyyəsi necə idi və şəxsən sizi qane etdimi?
2. Konkret klublardan söz açsaq, onların oyun modelində hansısa taktitki sxemlər diqqətinizi cəlb etdimi? Ümumiyyətlə, bu mənada hansı klubu fərqləndirə bilərsiz?
3. Hansı futbolçular parlaq oyunla yadda qaldılar? Yerlilər legionerlərin fonunda özünü göstərə bildi?
4. Hakimliyin səviyyəsi necə idi? Sizcə, onların qərarları komandaların yekun sıralamasına təsir etdi?
5. Mövsümün yekunu kimi komandalarımızın iyulda start götürəcək avrokuboklarda uğur perspektivini necə dəyərləndirirsiz?


Ağasəlim Mircavadov (mütəxəssis)
1. Açıq etiraf etmək lazımdı ki, çempionatın səviyyəsi aşağıdı. Şəxsən məni qane etmədi. İlk turlardan artıq bəlli idi ki, “Qarabağ” növbəti çempionluğu bayram edəcək. Bir ara “Qəbələ” ağdamlılara “əlcək atsa” da, davamını gətirə bilmədi. Əksər klublar zəif oyunla yadda qaldılar. Halbuki qış fasiləsindən sonra daha maraqlı çempionat izləyəcəyimizi düşünürdüm. Elita təmsilçilərinin hamısı normal toplanış keçmişdi, sınaqçı-rəqiblər də zəif deyildi. Lakin nədənsə toplanışın bəhrəsini premyer-liqada görə bilmədik.
2. Yeni taktiki gedişlər görmədim. Heç bir çalışdırıcı bəlli oyun sistemindən çıxaraq B, C variantını ortaya qoymadı. Hamısı şablon modeldən yararlandı. Bu yöndə bir qədər “Keşlə”ni fərqləndirmək mümkündü.
3. Başa çatan mövsümdə Mahir Mədətovu qeyd etmək olar. O istər klubda, istərsə də millidə heç də pis təsir bağışlamadı. Ancaq Mahirdə də sabitlik çatmır. Bir ara optimal formada olan oyunçu arada eniş yaşadı və bu da oyunlarda özünü göstərdi. Mədətov çox istedadlı gəncdi. Üzərində işləsə, tənbəllik etməsə, gələcəkdə ondan böyük futbolçu olacaq. Legionerlər barədə də ağızdolusu danışmaq olmur. Aralarında elələri var idi ki, yerli futbolçulardan belə zəif idilər. Belə əcnəbiləri dəvət etmək kimə və nəyə lazımdı? Vaxt var idi premyer-liqada öz ölkələrinin yığmalarının şərəfini qoruyan əcnəbilər top qovurdu. İndi isə belələrinin sayı çox azdı.
4. Mətbuatda Əliyar Ağayevin birinci kateqoriyaya yüksəldiyi xəbərini oxuyanda çox sevindim. Bizdə həmişə güclü hakimlər olub. Fürsətdən istifadə edib ona gələcəkdə uğurlar arzulayıram. Ədalət təmsilçiləri barədə danışmağa başlasaq, söhbət başqa məcrada davam edəcək. Odu ki, hakimliyi bir kənara qoymaq lazımdı. Hər bir insan səhv edə bilər. Fikrimcə, idarəçiliyi normal dəyərləndirmək olar. Ancaq gənc referilər də öz üzərində işləməli, onlara yaradılan şəraitdən maksimum faydalanmalıdılar.
5. Avrokubokda iştirak edəcək hər 4 komandamıza uğurlar arzulayıram. “Qarabağ”ı yenidən ÇL-in qrupunda görmək əla olardı. Qalan 3 klubdan isə heç olmasa, ikisi Avropa Liqasında özünü yaxşı tərəfdən göstərməlidi. Onların uğurlu çıxışı başqaları üçün də stimul olar.

Ceyhun Əliyev (jurnalist)
1. Bu suala birmənalı cavab vermək olmur. Ona görə ki, qeyri-sabitlik hökm sürürdü. Müxtəlif komandalar mövsüm ərzində müxtəlif səviyyədə oyun nümayiş etdirməklə yadda qaldılar. Məsələn, “Qarabağ” potensialını tam əks etdirən az sayda oyun keçirdi. Çünki rəqiblərlə aradakı səviyyə fərqi çox böyük idi. “Sumqayıt” mövsümün hansısa hissəsində fantastik çıxışla yadda qalsa da, sonluğu gətirə bilmədi. “Qəbələ”də nə baş verdiyini anlamaq çox çətin idi. Mövsümün titulsuz başa vurulması da işlərin düz getmədiyindən xəbər verir. Məncə, ən zəif çempionatlardan biri olmasa da, ən möhtəşəm də deyə bilmərik. Qarışıq fikirlər formalaşan bir mövsümü geridə qoyduq.
2. Bu məsələdə “Qarabağ”ın oyun modelini vurğulamaq lazımdı. Bu komanda artıq neçə illərdi eyni oyun modelinə sadiq qalır. Şən futbol baxımından “Sumqayıt”ı xüsusi qeyd etmək olar. Samir Abasovun komandası nəticə qazananda da, qazanmayanda da baxımlı oyun sərgilədi. “Zirə”nin müdafiədən hücuma keçməsi çox yaxşı alınırdı. Mövsümün sonlarına yaxın “Neftçi” hücum futbolu sərgiləməklə yadda qaldı. “Ağ-qaralar”ın oyununu izləmək çox xoş idi. Ancaq mənim üçün ən baxımlı oyun sərgiləyən komanda “Sumqayıt” oldu.
3. Fikrimcə, başa çatan mövsümdə Cavid İmamverdiyev adından söz etdirməyi bacardı. Əcnəbilərdən İbrahim Şehiçi qeyd edərdim. Gənclərdən Bəhlul Mustafazadə və Mahir Mədətovu da unutmaq olmaz. Adını çəkdiklərim legionerlərdən heç geri qalmadılar.
4. Hakimliyə gəlincə, onların qərarları yekun sıralamaya təsir etmədi. Ancaq ayrı-ayrı oyunlarda nəticəyə təsir edən səhvlər oldu. Bəzi məşqçilər diktofonsuz görüşdə hakimlərin onların oyunlarında hansı səhvlərə yol verdikləri ilə bağlı siyahılar təqdim edir, qələbənin əllərindən alındığını bildirirdilər. Ancaq yenə deyirəm, ədalət təmsilçiləri yekun sıralamaya təsir edəcək səhvlərə yol vermədilər.
5. Zənnimcə, 4 təmsilçimizdən yalnız “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcək. O qapını döyməyə yaxın olanlar isə “Neftçi” və “Keşlə” olacaq. “Qəbələ” “dördlük”də ən əzif bənddi.

Orxan Məmmədov (hakim)
1. Çempionatın səviyyəsi artıb desəm, yanılmaram. Hər şey göz qabağında idi. Son turlara, hətta deyərdim ki, sonuncu tura kimi 2-4-cü pillələrin sahiblərinin adları məlum deyildi. Hər oyunda intiriqa, gərginlik var idi. Meydanda hər xal uğrunda amansız mübarizə gedirdi.
2. Premyer-liqada çıxış edən hər komandanın özünəxas oyun üslübu var idi. Aralarında eləsi var idi ki, hücumameyilli oynayır, müdafiədə boşluqlar verirdi. Elələri də var idi ki, daha çox müdafiəyə diqqət ayrırıb, əks-hücum taktikasından yararlanırdı. Hər bir klubun öz dəst-xəttinin olduğunu vurğulamalıyam. Ona görə də ayrı-seçkiliyə yol verib, filan komandanın oyun modelini bəyəndim söyləmək istəmirəm.
3. Fikrimcə, adından söz etdirən yerlilər də oldu, ümidləri doğrultmayanlar da. Yerlilərlə legionerləri müqayisə etmək istəməzdim. Elə yerli oyunçu var ki, şərəfini qoruduğu komandada həmin mövqedə lider olsa da, başqa klubda eyni mövqedə çıxış edən legionerdən geri qaldı. Açığı, mənim üçün Vaqif Cavadovun son turlarda parlaq oyun sərgilməsi bir qədər gözlənilməz oldu. Kubokun finalında onun ideal ötürməsi, demək olar ki, hər şeyi həll etdi. Ancaq mövsümboyu ən çox bəyəndiyim oyunçu kimi Slavik Alxasovu qeyd edə bilərəm. Slavik geridə qalan “futbol ili”ndə özünü yaxşı tərəfdən göstərdi. Həm qol vurdu, həm də məhsuldar ötürmələrlə yadda qaldı.
4. Premyer-liqada 12 komanda çıxış etmir ki, deyim hardasa hakim səhvi turnir cədvəlinə təsir göstərdi. Səhvlər daha çox klubların özlərində oldu. Düzdü, mövsümboyu hakimlər müəyyən səhvlərə yol verdilər. Ancaq bu, qeyd etdiyim kimi, sıralamaya təsir etmədi. “Kəpəz” aşkar zəif olduğuna görə sonuncu oldu. “Səbail” gənc kollektiv kimi öz yerini tutdu. İl ərzində “Keşlə”də yaşananlara göz qabağındadı. Qalan 5 klub da mövsümü gözlənilən pillələrdə başa vurdu.
5. Ümid edirəm və inanıram ki, “Qarabağ” bu dəfə də qitəmiqyaslı turnirlərdə bizləri sevindirəcək. Bir qədər “Keşlə” barədə inamla danışa bilmirəm. Düşünürəm ki, onlar da ən azı iki mərhələ adlaya biləcəklər. “Neftçi” və “Qəbələ”dən də uğurlu çıxış gözləyirəm.
RƏŞAD

Son xəbərlər

“Yaponiya son 20 dəqiqədə göstərdi ki...”

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

Bütün xəbərlər