Avstriyanın 2-ci divizionunda təsnifat yarışı başa çatıb. Şərq bölgəsində sonuncu - 34-cü turda “Qarabağ” səfərdə “Neusiedl”ə qalib gəlib – 4:2. “Atlar”ın bütün qollarına Ərcan Kara imza atıb. Maraq üçün türk əsilli hücumçunun mövsümü 27 qolla qapadığını nəzərinizə çatdıraq. Bu oyunda Elvin Bədəlovla Dmitri Nağıyev 90 dəqiqə oynayıb. Bədəlov 44-cü dəqiqədə sarı vərəqə alıb. Beləliklə, “qırmızı-ağlar” 56 xalla debüt mövsümündə 5-ci yeri tutub.