Qadınlardan ibarət voleybol yığmamız Qızıl Avropa Liqasında oynadığı vaxtda kişilərimiz Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. Millimiz G qrupunda qərarlaşıb. Rəqiblər İsveç, Lüksemburq və Yunanıstandı. Oyunlar ev-səfər prinsipiylə keçiriləcək. Avqustun 15-də seçmə mərhələyə start veriləcək. Qruplarda mübarizəyə gələn ilin yanvarında son qoyulacaq. Artıq ilk 4 turun tam təqvimi, oyunların başlama saatları və görüşləri idarə edəcək hakimlər açıqlanıb. Yalnız 5-ci və 6-cı tur istisnadı. Fərid Cəlalovun komandasının qrupdakı ilk 4 oyununu nəzərinizə çatdırırıq:
1-ci tur
AZƏRBAYCAN – İsveç
Hakimlər: Bülənt Bozkurt (Türkiyə), Tiran Şayno (İsrail)
15 avqust. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 18.00
2-ci tur
Lüksemburq – AZƏRBAYCAN
Hakimlər: Emil Mihay Rusinoiu (Rumıniya), Daniel Apanovits (İrlandiya)
18 avqust. Lüksemburq. “Gymnase” İdman Sarayı. 21.00
3-cü tur
Yunanıstan – AZƏRBAYCAN
Hakimlər: Yan Krtiçka (Çexiya), Saadəttin Deneri (Türkiyə)
22 avqust. Aleksandropulos. İdman Sarayı. 21.30
4-cü tur
AZƏRBAYCAN – Lüksemburq
Hakimlər: Lusian-Vasile Nastase (Rumıniya), Yavuz Akdəmir (Türkiyə)
26 avqust. Bakı. Dərnəgül Voleybol Mərkəzi. 18.00
Qeyd edək ki, yığmamız 5-ci turda evdə Lüksemburqla (5-6 yanvar), sonuncu – 6-cı turda isə səfərdə İsveçlə (9 yanvar) münasibətləri aydınlaşdıracaq.
SƏRXAN