Çempionlar Liqasının 2018/19 mövsümünün təsnifat mərhələsinin ilkin raundunun bütün iştirakçıları müəyyənləşib. Qitənin ən zəif 4 çempionu ilk mərhələdə münasibətlərinə aydınlıq gətirəcək. İyunun 12-də baş tutacaq püşkatmada 2 cütlüyə bölünəcək komandalar ayın 26-da yarımfinal, 29-da final matçında təsnifat mərhələsinə yeganə vəsiqənin sahibini müəyyənləşdirəcəklər. Azərbaycan yığmasının sabiq futbolçusu Amit Quluzadənin çıxış etdiyi Kosovo “Drita”sı da bu mərhələdə mübarizə aparacaq.
Çempionlar Liqası
İlkin mərhələ
Səpələnmişlər
Santa Koloma (Andorra)
Linkoln (Cəbəllütariq)
Səpələnməmişlər
La Fiorita (San Marino)
Drita (Kosovo)
Bu 4 komanda hələ ki Azərbaycan çempionu “Qarabağ” üçün də potensial rəqib sayılır. Çünki onlardan biri – təsnifat mərhələsinə yüksələcək komanda təmsilçimizlə qarşılaşaşa bilər.
Təsnifat mərhələlərindən söz düşmüşkən, Çempionlar Liqası və Avropa Liqasının qaliblərinin öz ölkəsindən birbaşa qrupa yüksəlməsi bir sıra dəyişikliklərə səbəb olub. Buna görə də birinci təsnifat mərhələsində 34 yox, 32 komanda oynayacaq. Danimarka və Belarus çempionları bu mərhələdən azad olunub. Qalan 32 klubdan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa burdan başlayacaq. Həmin 31 komandadan 29-u bəllidi. Yalnız Macarıstan və Sloveniya çempionlarının kimliyinə aydınlıq gəlməyib. Bu üzdən çempionlardan 4-nün püşkdəki səbəti də bəlli deyil. Qalan 27 komanda isə artıq iki hissəyə bölünüb. “Qarabağ” səpələnmiş 14 klub arasındadı. Səpələnməmişlərdən 13-ü bilinir. Burada 14-cü komanda ilkin mərhələdəki “dördlük”dən biri olacaq. Bu isə o deməkdi ki, artıq hər bir səpələnmiş klubun 17 mümkün rəqibi var. Lakin “Qarabağ” Ermənistan çempionu ilə qarşılaşa bilməz. Ona görə də Azərbaycan çempionu ilkin mərhələnin 4, birinci təsnifatın 12 komandası ilə qarşılaşmaq imkanına malikdi.
Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq. Oyunlar isə iyulun 10-11-i və 17-18-də keçiriləcək.
1-ci təsnifat mərhələsi
Səpələnmişlər
Lüdoqorets (Bolqarıstan)
Seltik (Şotlandiya)
APOEL (Cənubi Kipr)
Legiya (Polşa)
Astana (Qazaxıstan)
QARABAĞ (AZƏRBAYCAN)
Şerif (Moldova)
Malmö (İsveç)
Srvena Zvezda (Serbiya)
Hapoel (Beer-Şeva, İsrail)
Rusenborq (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
Kukesi (Albaniya)
Səpələnməmişlər
Düdelanj (Lüksemburq)
Spartak (Slovakiya)
Valletta (Malta)
Vikinqur (Farer adaları)
Kruzaders (Şimali İrlandiya)
Akaçkert (Ermənistan)
Sutyeska (Monteneqro)
Suduva (Litva)
Kork Siti (İrlandiya)
Spartak (Latviya)
Valyur (İslandiya)
Flora (Estoniya)
Torpedo (Kutaisi, Gürcüstan)
İlkin mərhələnin qalibi
Qeyri-müəyyənlər
Şkendiya (Makedoniya)
Zrinski (Bosniya və Hersoqovina)
Macarıstan çempionu
Sloveniya çempionu
MİRAĞA