“Sumqayıt” Cavid İmamverdiyevi satmağa hazırdı
Zamiq Hüseynov: “Gələn həftənin sonuna kimi yeni çalışdırıcının adına aydınlıq gələcək”
Baş məşqçi düyününü hələ də çözə bilməyən “Sumqayıt” dünən daha bir futbolçu ilə yeni anlaşma imzalayıb. Söhbət son mövsümdə də “kimyaçılar”ın şərəfini qoruyan Cavid Tağıyevdən gedir. Rəhbərlik Vurğun Hüseynovun ardından onunla da müqavilənin müddətini uzadıb. Tağıyev 2019-cu ilin mayına kimi “ağ-göylər”in uğurları üçün tər tökəcək. Xatırladaq ki, yarımmüdafiəçi gerdiə qalan mövsümdə 17 qarşılaşmada iş başında olub.
Bu arada isə “kimyaçılar”ın lideri Cavid İmamverdiyevin “Qarabağ”a keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Söylənilənlərə inansaq, “köhlən atlar” Riçard Almeydanın gedişi ilə meydanın mərkəzində yaranan boşluğu məhz İmamverdiyevlə “sığortalamaq” fikrindədi. Ağdam təmsilçisini tərk edən Ağabala Ramazanovun isə əks itiqamətdə hərəkət edəcəyi bildirilir. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Sumqayıt” Ağabala üçün heç də yad məkan deyil. Forvard 2015/16 “futbol ili”ndə “ağ-göylər”in şərəfini qoruyub.
Bütün söylənilənlərə aydınlıq gətirmək üçün “gənclik şəhəri” təmsilçisinin idman direktoru Zamiq Hüseynovla əlaqə saxladıq. Klub rəsmisi ilə söhbətdə baş məşqçi məsələsinə də toxunduq: “Hələ ki bu yöndə heç bir xəbər yoxdu. Siyahımızda bəzi mütəxəssilər var. Ancaq tələsik qərar vermək istəmirik. Böyük ehtimalla, gələn həftənin sonuna kimi “Sumqayıt”ın yeni çalışdırıcısının adına aydınlıq gələcək”.
Zamiq bəyin mətbuatda yayılan xəbərlərə münasibəti isə belə oldu: “Ağabala Ramazanovun “Sumqayıt”a keçəcəyi ilə bağlı söylənilənlər düz deyil. O heç vaxt bizim transfer siyahımızda olmayıb. Bilmirəm, media bu xəbəri hardan əldə edib. Düzdü, maraqlandığımız oyunçular var. Ancaq onların adlarını açıqlamamışıq. Komandanın aparıcı üzvü olan Cavid İmamverdiyevə gəlincə, bildiyim qədər onu rənglərinə bağlamaq istəyən klubların sayı çoxdu. Onların arasında həm yerli, həm də ölkə xaricindən olanlar var. Lakin onu da nəzərə almaq lazımdı ki, Cavidin “Sumqayıt”la müqaviləsinin müddəti 2019-cü ilin mayında başa çatır. Onu heyətində görmək istəyən klublar ilk növbədə “Sumqayıt”a müraciət etməlidi. Sərfəli təklif olsa, danışıqlar masası arxasına keçməyə hazırıq. İmamverdiyev bu gün komandanın ən ödənişli oyunçularından biridi. Onun satışından əldə olunacaq gəlir büdcəmizə yaxşı mənada təsir edə bilər”.
Zamiq Hüseynov klubun Futbol Akademiyasında da dəyişikliklərin olacağını bildirdi: “Gələn həftə akademiyada işləyən məşqçilər korpusu ilə də görüş olacaq. Geridə qalan mövsümün təhlilini aparıb, yeni “futbol ili” üçün planları müzakirə edəcəyik. Müxtəlif yaş qrupları üzrə komanadalarda çalışan məşqçilər arasında da dəyişikliklərin olacağı istisna olunmur. Baş verəcək yeniliklər barədə klubun saytında ətraflı məlumat yerləşdiriləcək”.
RƏŞAD


Son xəbərlər

Elxan Məmmədov dünya çempionatında çalışan azərbaycanlılarla görüşdü

Yeni “Poz-Qazan” oyunları - “Tap, Qazan” və “Göz muncuğu” satışa çıxarıldı

Azərbaycan kubokunda 1/4 finala start verilir - YENİLƏNİR

"Neftçi" "Zirə" ilə oyunun hazırlığını yekunlaşdırdı

"Qəbələ"də iki itki

Emrelinin "Dinamo"ya qoşulacağı tarix bəlli oldu

FA Sautqeytlə bağlı qərarını verdi

Füzuli Məmmədov: “Bu, “Neftçi” üçün gözəl şansdı”

Azərbaycan Basketbol Liqasında 9-cu tura start verildi

De Paul Niderlandla matçı buraxacaq?

"Şamaxı" Rüstəm Əliyevlə yolları ayırıb? - ÖZÜ AÇIQLADI

Sənan Qurbanov: Dünya çempionatında 2 kollektivi xüsusi qeyd etmək olar"

Millinin 10 üzvü İspaniyaya qayıtmayıb

Erik ten Haq Ronaldonun “Mançester”dən ayrılması haqda danışdı

“Səbail”in hazırlıq planı bəlli oldu

"Səbail" rəhbərliyi Mahmud Qurbanova dəstək oldu: klubdan 2 video birdən

Qətərdə mundial bitməmiş stadion sökülür

Bernardo Silvadan Messiyə tərif

Kevin Lavın Lebron Ceyms sevgisi

Ruan Renato: “Qarabağ”la görüşlərdə gözəl nəticə əldə edəcəyimizə ümid edirəm”

Portuqaliyanın yeni qəhrəmanı: “Ronaldo, Levandovski və İbrahimoviç örnək aldığım insanlardı”

Federasiya üzvləri tarix yazan millinin üzvləri ilə görüşdü

“İmarət”in həbs olunan üzvü kimdi?

Azərbaycan "Qran-pri"sində yenilik

Yaponların ənənəsini davam etdirdilər

Millinin heyəti bəlli oldu

“Neftçi”nin nəticəsi - KÖŞƏ

"Sumqayıt" qış təlim-məşq toplanışını bu şəhərdə keçirəcək

Polşalı fanatlar qalib oldular

Millilərimizin rəqibləri bəlli oldu

Qərb derbisini bu hakim idarə edəcək

İsveç-Azərbaycan matçı bu stadionda keçiriləcək

Millinin Yunanıstanla oyununun vaxtı bəlli oldu

Mundial onlar üçün erkən sona çatdı

Premyer-liqa matçı qapıçının formasına görə 7 dəqiqə gec başlayıb

Çin mərhələsi ləğv olundu

Lebron Meciki arxada qoydu

“Səbail” Mirbağır İsayevlə bağlı qərarla razılaşmır

Canər “Fatih Karagümrük”dən “Beşiktaş”a görə ayrıldı?

"Qəbələ"nin kapitanı "Qarabağ"la oyunlardan danışdı: "Maksimum gücümüzü qoyaraq öz oyunumuzu sərgiləyəcəyik"

Əfsanələrin çalışdırıcısı dünyasını dəyişdi

Türkiyə klubuna transfer qadağası qoyuldu!

Bütün xəbərlər