Sizin reklam burada

“Qəbələ” U-16 və U-17 liqasının da qalibidi

Title
“Qəbələ” U-16 və U-17 liqasının da qalibidi
U-16 liqasına yekun vurulub. Son turun oyunundan sonra Qəbələ şəhər stadionunda yarışın qalibi olan “Qəbələ”yə qızıl medal və kubok təqdim edilib. Qeyd edək ki, “Vətən” “gümüş”ə, “Neftçi” “bürünc”ə sahib çıxıb. Gümüş və bürünc medallar sahiblərinə AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib. Liqanın ən yaxşı futbolçusu Veysəl Rzayev (Qəbələ) seçilib, bombardir isə 27 qolla Emil Quluzadə (Vətən) olub. Ən yaxşı qapıçı adına “Qəbələ”nin üzvü Vüsal Şabanov layiq görülüb. U-17 liqasında da 2017/18 mövsümünun qalibi “Qəbələ” olub. Mövsümün son turunun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalibinə qızıl medal və kubok təqdim edilib. “Səbail” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib. Liqanın ən yaxşı qapıçısı adına “Qəbələ”dən Elməddin Sultanov layiq görülüb. Mövsümün ən yaxşı oyunçusu “Səbail”dən Xəlil Bəşirov, ən məhsuldar oyunçu isə 33 qolla “Sumqayıt”ın üzvü İbrahim Novruzov olub.
Onu da bildirək ki, hər iki liqada mükafat qazanan komandaların üzvlərinə medalları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.