Polşanın Nidzitsa şəhərində xüsusi qrup insanlar arasında dama üzrə 5-ci Avropa çempionatı keçirilib. “Neftçi”nin üzvü, beynəlxalq usta Pərviz Həsənov İsveçrə sistemi ilə keçirilən yarışda 7 tura 11 xal toplayaraq karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb. Bundan əlavə, idmançımız rapid turnirində də 1-2-ci yerləri bölüşüb.