“Qarabağ”dan gedənlərin sayı 9-a çatdı. Ağdam klubu dünən rəsmi saytı vasitəsilə yollarını ayırdığı futbolçuların siyahsını açıqladı. Siyahıda İbrahim Şehiç, Riçard Almeyda, Elvin Yunuszadə, Rahid Əmirquliyev, Əfran İsmayılov, Ağabala Ramazanov, Arif Daşdəmirov, Pedro Enrike və Ramil Şeydayevin adı var. İlk 7 futbolçu ilə müqavilə müddətinin uzadılmadığı, sonuncu iki nəfərin isə icarə müddətinin başa çatdığı bildirilir.