Sizin reklam burada

U-20 üstünlüyünü qoruya bilmədi

Müəllif: football Tarix: 27-05-2018, 10:46 608 Baxış
U-20 üstünlüyünü qoruya bilmədi
20 yaşadək futbolçulardan ibarət yığma dünən növbəti yoxlama matçını keçirdi. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda "Dalğa Arena"da Makedoniyanı sınağa çəkdi.
Əslində rəqibin U-21 yığması ilə qarşılaşmalar nəzərdə tutulmuşdu. Ancaq Makedoniya Bakıya 1998 və 1999 təvəllüdlü futbolçularla gəlib. Buna görə həm dünən, həm də mayın 27-də "Dalğa Arena"da U-20-lərin görüşünə qərar verilib. Xatırladaq ki, ötən həftə gürcüstanlı həmyaşıdları ilə yoxlama oyununda üz-üzə gələn U-20 millimiz1:2 hesabı ilə uduzmuşdu.
Komandalar meydana bu "11-lik"lə meydana çıxmışdı:
Azərbaycan: 12. Kamran İbrahimov, 3. Anton Krivotsyuk, 13. Murad Qayalı, 6. Hacıağa Hacılı (k), 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 10. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 7. Fərid Nəbiyev, 20. Kamran Əliyev, 17. Ozan Can Kökcü.
Makedoniya: 1. Riste Yankov, 2. Todor Todorovski, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 19. Filip Trayanovski, 11. Omar İmeri, 17. Daniel Milovanovik, 7. Milan Ristovski, 8. Yani Atanasov, 9. Kristian Trapanovski, 10. Davor Zdravkovski (k).
Bəribaşdan qeyd edək ki, Rəhim Həsənov, Mübariz Haşımov, Namiq Hüseynov, Nail Nağıyev "4-lüy"ünün idarə etdiyi qarşılaşmanı əsas yığmanın baş məşqçisi Qurban Qurbanov köməkçisi Elçin Rəhmanovla birgə izləyirdi.
Gürcüstanla oyunda olduğu kimi, bu dəfə də hesabı açan tərəf yığmamız oldu. Artıq 5-ci dəqiqədə makedoniyalılar meydanın mərkəzinə dəvət olundu. Kəskin əks-hücumdan sonra Fəridin ötürməsini Kamran Əliyev ağıllı vuruşla tora qovuşdurdu. Qoldan sonra üstünlük makedoniyalıların tərəfinə keçdi. Düzdü, bu üstünlük topa sahibolmada hiss olunmurdu. Amma Blaqoya Milevskinin komandasının hücumları daha təhlükəli alınırdı. Fasiləyə qədər rəqibin azı üç real qol şansı oldu. Bir epizodda qeyri-dəqiqlik, ikisində Antonla Ricadın kritik müdaxiləsi işə yaradı. Beləliklə, U-20 ilk yarını minimal hesabla üstün başa vurdu. İkinci hissəyə Rəşad Sadıqovun komandası fəal başladı. Ancaq ilk yarıda olduğu kimi, sonradan təşəbbüsü rəqibə verdilər. Kombinasiyalı hücum qurmaqda çətinlik çəkən yığma Makedoniyanın təzyiqinə sona qədər tab gətirmədi. 87-ci dəqiqədə standart vəziyyətdən qapımıza qol vuruldu. Filip Trayanovski yekun nəticəni müəyyənləşdirdi - 1:1.
MİRAĞA
SON XƏBƏRLƏR