Ötən sayımızda Amit Quluzadənin müsahibəsini diqqətinizə çatdırmışdıq. “Drita” ilə Kosovo çempionu olan futbolçu gələcək taleyinə klub rəhbərliyi ilə söhbətdən sonra aydınlıq gələcəyini söyləmişdi. Artıq bu danışıq baş tutub. Ancaq tərəflər ortaq məxrəcə gəlmədiyindən Quluzadə “Drita” ilə müqavilə müddətini uzatmayıb. Bununla belə, Amit legioner həyatını davam etdirməkdə maraqlıdı. Ancaq mövsüm yeni başa çatdığından bir müddət fikirləşdikdən sonra qərarını verəcək.