Sizin reklam burada

Yığma “Tofiq Bəhramov”da hazırlaşır

Müəllif: football Tarix: 27-05-2018, 10:35 1 224 Baxış
Yığma “Tofiq Bəhramov”da hazırlaşır
Yığma srağagündən təlim-məşq toplanışına start verib. Hazırda düşərgədə 22 futbolçu var. Ölkə xaricində çıxış edən yığma üzvlərindən yalnız Dmitri Nazarov dünən milliyə qoşulub. Araz Abdullayev, Pavel Paşayev və Ufuk Budak isə ilk gündən toplanışdadı. "Qəbələ”dən Cavid Hüseynov, Təmkin Xəlilzadə və İlqar Qurbanov, "Keşlə”dən isə Kamran Ağayevlə Slavik Alxasov kubokun final matçından sonra yığmaya qoşulacaq. "Qırmızı-qaralar"ın iki üzvü - Ürfan Abbasovla Ruslan Qurbanov milli ilə birgədi. Qeyd edək ki, onlar cəzalı olduqları üçün finalı buraxacaqlar. Komanda məşqlərə Tofiq Bəhramov adına Respublika stadionunda start verib. Yığma Bakıdakı hazırlıq prosesində üç məşqi mərkəzi arenada, qalanını isə Olimpiya stadionunda keçirməyi planlaşdırır.
Onu da bidlirək ki, mayın 29-da Qırğızıstanla yoldaşlıq görüşündən sonra Qurban Qurbanovun komandası vətəni tərk edəcək. Yığma iyunun 5-də Astanada Qazaxıstanla, 9-da Riqada Latviyayla yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.
SON XƏBƏRLƏR