Gənc boksçulardan ibarət yığmamız növbəti təlim-məşq toplanışına start verib. Avropa birinciliyindən sonra istirahətdə olan komandamız Sumqayıtda bir araya gəlib. Millimizin baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında keçirilən toplanışda 15 boksçu iştirak edir. Hazırlığın ilk mərhələsi iyunun 5-dək davam edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində təşkil edilən hazırlıq prosesində əsasən fiziki məşqlərə üstünlük verilir. Bu, avqustda Macarıstanda keçiriləcək dünya birinciliyinin ilk hazırlığı sayılır.