“Zenit” Ramil Şeydayevə görə növbəti dəfə maddi baxımdan qabağa düşüb. Sankt-Peterburq təmsilçisi futbolçunun müqaviləylə məxsus olduğu “Trabzonspor”dan Ramilin transferi qarşılığında məhkəmə yolu ilə sonda 40 min dollar borcunu alıb. Türkiyə klubu ödəməli olduğu 169 min avronun sonuncu tranşını FİFA-nın müdaxiləsindən sonra köçürüb. Qeyd edək ki, “Trabzonspor” vəsaitin böyük hissəsini bir neçə tranşla ödəsə də, qalan məbləği vermədiyi üçün “Zenit” FİFA-ya şikayət etmişdi. Məhz dünya futbol qurumunun tələbi ilə son ödəniş də gerçəkləşib.