Yığmanın mayın 29-da Qırğızıstanla yoldaşlıq oyunu keçirəcəyini bilirsiz. Həmin qarşılaşmanın biletləri mayın 8-dən satışa çıxarılıb. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı izləmək istəyənlər iki kateqoriyalı bilet əldə edə bilər. Tamaşaçılar 1-ci kateqoriya üçün 1, VİP üçün 10 manat ödəməli olacaq. Oyunun biletləri 11 müxtəlif məntəqədə satılır. Söhbət Bakıda olan 4 və Sumqayıtdakı “ASAN Xidmət”, “28 Mall”, “Gənclik Mall”, Heydər Əliyev Sarayının kassası və müxtəlif köşklərdən gedir.
Görəsən, oyuna maraq hansı səviyyədədi? Qarşılaşmaya nə qədər bilet satılıb? Sualları AFFA-nın bilet satışı üzrə meneceri Kamran Abasova ünvanladıq. O, 3500-ə yaxın bilet satıldığını bildirdi. Abasov qarşıda müəyyən vaxtın olduğunu, 10-15 min aralığında azarkeşin proqnozlaşdırıldığını söylədi.
FARİZ