Dünən AFFA-nın binasında premyer-liqada çıxış edən klubların məşqçiləri üçün “İnStat” şirkətinin nümayəndələrinin iştirakı ilə seminar təşkil olunub. Xatırladaq ki, elitada çıxış edən futbolçuların ətraflı statistik göstəricilərinin əhəmiyyətini, həmçinin əksər klubların daha əvvəl də “İnStat”la əməkdaşlığını nəzərə alaraq, AFFA şirkətlə ikiillik müqavilə imzalayıb. Müqaviləyə əsasən “İnStat” növbəti iki mövsüm ərzində bütün milliləri, premyer-liqa klublarını və AFFA-nın Gənclər Liqasını oyunların hesabatı, videotəhlil, statistika, fitnes və sair göstəricilərlə təmin edəcək. AFFA layihənin bütün xərclərinin ödənilməsini öz üzərinə götürüb.