“Qarabağ” daha bir futbolçu ilə vidalaşıb. Pedro Enrikeninin ardından Əfran İsmayılov da Ağdam klubunu tərk edib. Daha doğrusu, mövsümün sonunda anlaşma müddəti başa çatan futbolçu ilə yeni müqavilə imzalanmayıb. Qeyd edək ki, yarımmüdafiəçi “Qarabağ”da əsas heyət üzvü statusunu itirmişdi. Cari mövsüm premyer-liqada 13 matça çıxan İsmayılov iki dəfə rəqib qapılarına yol tapıb. Əfran “köhlən atlar”dan ayrıldığını təsdiqləməklə yanaşı, istirahət etdiyini və həm ölkə xaricindən, həm də yerli klublardan təkliflərin olduğunu bildirdi.