Sizin reklam burada

Qırğızlar heyəti açıqladı

Müəllif: football Tarix: 17-05-2018, 22:59 641 Baxış
Qırğızlar heyəti açıqladı
Məlum olduğu kimi, yığma mayın 29-da Qırğızıstanla yoldaşlıq oyunu keçirəcək. Rəqibin Bakıya hansı heyətlə gələcəyi bəllidi. Asiyalıların baş məşqçisi Aleksandr Krestinin hazırlıq prosesinə 23 futbolçu dəvət edib. Həmin heyət mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı keçəcək: qapıçılar - Kutman Kadırbekov, Valeri Kaşuba (hər ikisi “Dordoy”), Kalıs Akimaliyev (Abdış-Ata); müdafiəçilər - Kursanbek Şeratov, Tamirlan Kozubayev, Bəxtiyar Duyşobekov, Askarbek Saliyev, Avazbek Otkeyev, Mustafa Yusubov (hamısı “Dordoy”), Amanbek Manıbekov (Abdış-Ata), Şerzot Şakirov (Neftçi); yarımmüdafiəçilər - Pavel Sidorenko, Əziz Sıdıkov, İslam Şamşiyev, Murolimjon Axmedov, Kayrat Jırqalbekulu, Bekjan Saqınbayev (hamısı “Dordoy”), Odiljon Abduraxmanov (Alay), Fərhad Musabekov (İlbirs), Əlimərdan Şükürov (Abdış-Ata), Tursunali Rustamov (Alqa); hücumçular - Mirlan Murzayev (“Somaspor”, Türkiyə), Roman Levçenko (“Torpedo”, Şadrinsk/Rusiya).
SON XƏBƏRLƏR