Sizin reklam burada

U-19 Bolqarıstana gedəcək

Müəllif: football Tarix: 17-05-2018, 22:57 673 Baxış
U-19 Bolqarıstana gedəcək
19 yaşadək qızlardan ibarət yığma mayın 20-dən 26-dək Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olacaq. Milli hazırlıq prosesi çərçivəsində bolqarlarla 2 yoxlama matçında münasibətləri aydınlaşdıracaq. Qarşılaşmalar mayın 22-si və 25-nə planlaşdırılıb. Vüqar Əsgərli toplanış üçün 18 futbolçuya dəvət göndərib: Elvira Əsgərzadə, Minarə Gözəlova, Həqiqət Qasımova, Sona Rəhimova, Aytac Nemətova, Nərmin Əhmədli (hamısı “Təhsil”), Sudə Topçu, Öznur Tas, Beyzanur Aslan (hər üçü "1207 Antalya Döşəməaltı Bələdiyəspor”, Türkiyə), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova, Rövşanə Sərdarlı (hər üçü “Gənclik”), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek”), Lamiyə Qurbanova, Anna Abulaşvili (hər ikisi “Qəbələ”), Umnisə Əliyeva (“Fidan”), Ülkü Özdəmir (“Montabaur”, Almaniya).
SON XƏBƏRLƏR