Sizin reklam burada

UEFA-dan "Keşlə"yə "yaşıl işıq"

Baxış Sayı:568

UEFA-dan "Keşlə"yə "yaşıl işıq"
Srağagün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Toplantıda 2018/19 mövsümündə UEFA-nın klub turnirlərində iştirak etmək üçün müraciət edən “Keşlə”nin sənədlərinə baxılıb. Məlum olduğu kimi, AFFA “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət etmişdi. Qitə futbol qurumu müraciətin baxılması üçün prosesə başlayaraq həm assosiasiya, həm də klub tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında təqdim olunmasını tələb etmişdi. Tələb olunan bütün sənədlər UEFA-ya qaydasında və vaxtında təqdim edilib, qurum isə müraciəti müsbət cavablayıb. Bu qərara əsasən “Keşlə” 2018/19 mövsümündə UEFA lisenziyasını almaq hüququna malikdi. Lisenziya Komissiyası da Avroliqada iştirak etmək üçün “Keşlə”yə lisenziya verilməsinə dair qərar verib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR