“Niyə bizimlə oyundan əvvəl bu qərarı vermirsiz?”
İcraiyyə Komitəsinin iclası mayın 20-dən sonra olsaydı, nə olacaqdı? Dünya dağılmayacaqdı ki? İndi "Kəpəz" gedib "Neftçi" və ya “Zirə” ilə necə oynasın? İki turdan sonra nə qərar verirsizsə, verin də... Niyə bizimlə oyundan əvvəl bu qərarı vermirsiz? O istidə, saat 4-də biz “Kəpəz”ə qarşı oynayırıq. İstinin təsirindən uşaqlar qaça bilmirdilər. Biz həmin oyunda qızıldan qiymətli 2 xal itirdik. Bir neçə il öncə "Sumqayıt" mövsümün sonunda 12-ci yeri tutduğu halda premyer-liqada qalmışdı. İndi necə olur ki, "Kəpəz"i saxlamırsız? Bütün bunları görəndə istər-istəməz düşünürsən ki, hər şey “Neftçi” üçün hesablanıb.
Samir Abasov, “Sumqayıt”ın baş məşqçisi