Sizin reklam burada

Mövsüm “birsaatlıq sükut”la yekunlaşdı

Baxış Sayı:1 091

Mövsüm “birsaatlıq sükut”la yekunlaşdı
Şənbə günü birinci divizionda 2017/18 mövsümünə yekun vurulub. Əslində son turun bütün qarşılaşmaları eyni günə salınmışdı. Ancaq “Zaqatala” - “Turan Tovuz” oyunu 30-cu dəqiqədə dayandırılmışdı. Buna Zaqatalada müşahidə olunan güclü yağış səbəb olmuşdu. Nəticədə oyunun bir gün sonra, saat 12.00-da bərpa olunmasına qərar verilmişdi. Qeyd edək ki, matç yarımçıq qalarkən, hesab açılmamışdı. Qalan 1 saat ərzində də qapılara qol vurulmayıb və beləliklə, mövsüm qolsuz “sülh”lə yekunlaşıb.
Birinci divizion
3-cü dövrə, 27-ci tur
12 may
Zaqatala – Turan Tovuz 0:0
Turun qalan oyunlarının nəticələri: Sabah – Mil-Muğan 4:1 (Raul Yaqubzadə, 28; 47. Məhəmməd Alıyev, 40. Bayram Nuruzadə, 64 - Afin Bağırov, 87), Qaradağ Lökbatan – Ağsu 0:1 (Bəhlul Əliyev, 14), Binə – MOİK 2:3 (Seymur Abdullayev, 16. Əliağa Xudiyev, 86 - Bəhruz Teymurov, 21. Kamil Hüseynov, 35-öz qapısına. Mirkamil Əliyev, 75), Şüvəlan – Xəzər 2:0 (Murad Musayev, 18. Mübarək Şahquliyev, 21).
1. Xəzər 27 15 5 7 40-18 50
2. Qaradağ Lökbatan 27 13 7 7 44-31 46
3. Şüvəlan 27 13 6 8 30-20 45
4. MOİK 27 13 5 9 40-32 44
5. Sabah 27 11 7 9 41-33 40
6. Turan Tovuz 27 11 6 10 34-33 39
7. Binə 27 10 5 12 33-36 35
8. Mil-Muğan 27 8 6 13 32-49 30
9. Ağsu 27 8 4 15 25-48 28
10. Zaqatala 27 4 7 16 23-42 19
Bombardirlər: Bəhruz Teymurov (MOİK) - 15, Sabir Allahquliyev (Qaradağ Lökbatan) - 12, Tural Qürbətov (Xəzər) - 11.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR