Sizin reklam burada

“Qəbələ” “Sumqayıt”ı “ağır yaraladı”, “gümüş”ü təmin etdi

Baxış Sayı:1 410

“Qəbələ” “Sumqayıt”ı “ağır yaraladı”, “gümüş”ü təmin etdi
105. Sumqayıt – Qəbələ 0:2 (0:1)
1. Fərhad Vəliyev – 4,5
19. Azər Salahlı – 4,5
3. Vurğun Hüseynov (k) – 5,5
2. Rail Məlikov – 5,0
14. Bəxtiyar Həsənalızadə - 4,5
18. Tural Axundov – 4,5
5. Vüqar Bəybalayev – 4,5
(13. Bəhlul Mustafazadə, 75) – 4,0
97. Xəyal Nəcəfov – 4,0
(70. Ülvi İsgəndərov, 68) – 4,0
7. Cavid Tağıyev – 4,0
(17. Nicat Qurbanov, 62) – 3,5
10. Cavid İmamverdiyev – 4,0
9. Amil Yunanov – 4,0
Ehtiyat oyunçular
23. Mehdi Cənnətov
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
25. Süleyman Əhmədov
77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Vurğun Hüseynov

22. Dmitri Bezotosnı – 6,0
34. Urfan Abbasov – 5,5
5. Rasim Ramaldanov – 5,5
15. Vitali Vernidub – 5,5
18. İlqar Qurbanov – 5,5
4. Elvin Camalov – 5,5
8. Qismət Alıyev – 5,0
28. Stiven Jozef-Monroz – 5,5
(33. Təmkin Xəlilzadə, 90+2) – qiymətsiz
14. Cavid Hüseynov (k)
(3. Voislav Stankoviç, 90+3)
45. Famussa Kone – 5,5
(10. Ruslan Qurbanov, 77) – qiymətsiz
9. Baqali Dabo – 5,5
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
6. Elvin Məmmədov
11. Asif Məmmədov
29. Hacıağa Hacıyev
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Dmitri Bezotosnı
Qollar: B.Dabo, 37 (0:1). C.Hüseynov, 88 (0:2, S.Jozef-Monroz).
Vərəqələr: V.Hüseynov, 52 (qeyri-idman hərəkəti). N.Qurbanov, 80 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Əhmədağa Cabbarov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
12 may. Sumqayıt. Kapital Bank Arena. 1300 tamaşaçı (1326 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Son 3 turda qələbəyə həsrət qalan “Sumqayıt”ın “Qəbələ” ilə matça 3 xal üçün çıxacağı əvvəlcədən məlum idi. Qarşısına Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyan “kimyaçılar” çox yaxşı başa düşürdülər ki, bu oyunda itiriləcək xal və ya xallar “Zirə” ilə oyun ərəfəsində baha başa gələ bilər. Qonaqlar isə minimum 1 xal qazanıb “gümüş”ü rəsmiləşdirməyi düşünürdü.
Hər iki komandaya xal lazım olduğu ilk dəqiqələrdən özünü göstərdi. Belə ki, artıq 2-ci dəqiqədə meydan sahiblərinin sol cinahdan hücumu yaddaqalan oldu. İmamverdiyev Amilə ötürmə etsə də, forvard bir qədər ləngidiyindən fürsəti dəyərləndirə bilmədi. 8-ci dəqiqədə isə son günlər adı “Neftçi” ilə yanaşı hallanan Axundovun cərimə zərbəsi yerli azarkeşləri həyəcanlandırdı. Müdafiəçinin zərbəsindən sonra top “çərçivə”dən cüzi fərqlə aralı keçdi. 12-ci dəqiqədə isə İmamverdiyevin qapı qarşısına ötürməsindən sonra Tağıyev zərbə anını qaçırdı. Hücuma dəstək verən Salahlı da topa toxuna bilmədi. Halbuki həmin an qonaq müdafiəçilər özlərini itirdiklərindən adını çəkdiyimiz futbolçuları nəzarətsiz buraxmışdılar. 15-ci dəqiqədə isə İmamverdiyev Amili Bezotosnı ilə təkbətək çıxardı. Ancaq “9 nömrə” real qol imkanından yararlana bilmədi. “Qırmızı-qaralar”ın ukraynalı qolkiperi vaxtında irəli çıxıb, zərbə bucağını kiçiltdiyindən milli üzvü fərqlənə bilmədi. 29-cu dəqəqədə isə Cavidin ötürməsindən sonra Yunanov topu dabanla Tağıyevin önünə atdı. Ancaq bu dəfə də “Sumqayıt”ın futbolçusu əlverişli vəziyyəti boşa verdi. İlk yarımsaatda ən azı 3 real qol şansını qaçıran meydan sahiblərinin sonda xalsız qalması gözlənilən idi. Bu zaman kəsiyi ərzində bir dəfə də “kimyaçılar”ın qapısı önündə yaddaqalan təhlükə yarada bilməyən şimallılar 35-ci dəqiqədə ilk ciddi hücumda hesabı açmağa müvəffəq oldular. Hər şey isə sumqayıtlıların meydanın mərkəzindəki uşaq səhvindən sonra başladı. Komanda yoldaşlarının irəli tez çıxmasını istəyən Fərhad əllə topu Xəyala ötürdü. Nəcəfov sanki bunu gözləmirmiş kimi özünü itidrdi və bundan yararlanan qonaqlar “mərmi”ni ələ keçirib sürətli hücum qurdu. Camalov Koneyə, o isə Jozef-Monroza ötürmə etdi. Sonuncu önündə iki müdafiəçi olmasına baxmayaraq, qapıya zərbə endirdi. Tirdən dönən topu premyer-liqanın bombardiri Dabo başla dəqiq tamamladı. İlk yarının sonuna 3 dəqiqə qalmış meydan sahibləri bərabərliyi təmin etməyə yaxın olsa da, İmamverdiyev qapıçı ilə təkbətəkdən yararlana bilmədi. Yarımmüdafiəçi topu özündən irəli buraxdığından Bezotosnı üçün onu tutmaq çətin olmadı.
Fasilədən sonra da ssenari dəyişmədi. 3 xal üçün alışıb-yanan “ağ-göylər” böyük qüvvə ilə irəli atılıb, tez-tez rəqib komandanın qapısı önündə görünsə də, kəmiyyəti keyfiyyətə çevirməyi bacarmadılar. Samir bəyin ikinci hücumçunu meydana buraxması da işə yaramadı.Əvəzində qonaqlar meydan sahiblərini 88-ci dəqiqədə ikinci dəfə cəzalandırdı. “Sumqayıt”ı əks-hücumda “tutan” qonaqlar Cavidlə hesab arasındakı fərqi iki topa çatdırdı. Jozef-Monroz Cavidi zərbə mövqeyinə çıxardı ki, o da bundan maksimum yararlanıb uzaq küncü dəqiq nişan aldı. Bu həm də oyunda vurulan son qol oldu. Qələbə sayəsində ikinciliyi təmin edən “Qəbələ” istəyinə çatsa da, “kimyaçılar”ın Avropa Liqasına yollanması “Zirə” ilə matçdan asılı olacaq.
RƏŞAD

Gözdən qaçmadı
* Matçı izləyənlər arasında “Azərikimya”nın İdarə Heyətinin sabiq rəhbəri, hazırda ekologiya və təbii sərvətlər naziri olan Muxtar Babayev də var idi. Deyəsən, klubun sabiq himayədarı belə həssas məqamda “kimyaçılar”ı tək buraxmaq istəməmişdi.
* “Sumqayıt”ın yeri yaradılan “Kimyaçı ultras” fanklubunun üzvləri oyunun əvvəlində özlərinə yer tapana qədər 3 “ünvan” dəyişməli oldular. Əvvəlcə tribunadan qovulan müstəqil fanklub üzvləri matça qapı arxasından, ayaqüstə baxmağa qərar verdilər. Orda da polislər onlara imkan yaratmadılar. Nəhayət, ilk yarının 15-ci dəqiqəsində “ultras” qonaq azarkeşlərin yer aldığı sektora yaxın yerdə özlərinə yer edə bildilər.
* 79-cu dəqiqədə stadiondakı tabloda problem yaşandı. Əvvəlcə tam sönən elktron tablo iki dəqiqə sonra işə düşdü. Bu dəfə orda öncə anlaşılmaz heroqliflər, ardınca isə böyük hərflərlə “qool, qool” yazısı gözə dəydi. Halbuki həmin an oyunda qol vurulmamışdı. Təxminən 5 dəqiqədən sonra klubun texniki personalı tablodakı problemi aradan qaldıra bildi.
* Mətbuat konfransı başa çatandan sonra Samir Abasovun səsi paltardəyişmə otağını bürümüşdü. Mütəxəssis çox əsəbi tonda bəzi futbolçulara iradını bildirirdi. Həmin an digər futbolçular, məşqçilər və texniki personal dəhlizdə hərə bir tərəfə çəkilib sakitcə dayanmışdılar.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR