18 yaşadək basketbolçulardan ibarət yığmamız Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq turnirə qatılıb. Samit Nuruzadənin yetirmələri yerli “Çirçik”ə 71:51 hesabıyla qalib gəldikdən sonra Özbəkistanın digər təmsilçisinə aman verməyib - 82:51. Millimiz Qırğızıstanın U-18 yığmasını isə darmadağın edib – 84:48.