Qadın həndbolçular arasında “Çelenc Trofi” kubokunda mübarizə aparacaq millimizin oyunlarının təqvimi açıqlanıb. Bosniya və Hersoqovinanın Tuzla şəhərində keçiriləcək yarışda yığmamız B qrupunda yer alıb.
29 may
18.30 Böyük Britaniya – Lüksemburq
20.30 AZƏRBAYCAN - Bosniya və Hersoqovina
30 may
18.30 Lüksemburq – AZƏRBAYCAN
20.30 Bosniya və Hersoqovina - Böyük Britaniya
31 may
18.15 AZƏRBAYCAN - Böyük Britaniya
20.15 Bosniya və Hersoqovina – Lüksemburq
A qrupunda Estoniya, Moldova, Belçika və Cənubi Kipr mübarizə aparacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaq. Sonrakı iki yerin sahibləri 5-8-ci yerlər uğrunda oynayacaq. “Çelenc Trofi”nin qalibinin adına isə iyunun 3-də aydınlıq gələcək.