“Napoli”nin futbolçuları “Sumqayıt”ın Antalya toplanışında baxışda olublar
Sərxan İbrahimoğlu: “Rəşad Sadıqov da “İstvud”la görüşdə bizə dəstək verənlər arasındaydı”
Bakı Futbol Liqasının qalibi adını qazanaraq Moskvada keçirilən Kontinental Futbol Liqası adlı dünya çempionatına qatılan “İdman Azərbaycan” üçün turnir uğurlu alınmadı. Qrupdakı ilk oyunda Mahaçqala “Napoli”sinə 0:3, ardından “İstvud”a 1:3 uduzan “televizyonçular” dünən turnirdə sonuncu matçını Saratov bölgəsinin çempionu “Sakur”a qarşı keçirdi və 0:2 uduzdu.
Açığı, heyətində Hüseyn Məhəmmədov, Mehman Yunusov, Xaqani və Füzuli Məmmədov qardaşları, Ceyhun Sultanov, Yaşar Abuzərov, İlham Yadullayev, Samir Musayev, Kənan Kərimov, Rafael Yusifov və Xəyal Mustafayev kimi ötənlərin məşhur futbolçularının yer aldığı təmsilçimizin bu cür çıxışını gözləmirdik. Odu ki, “İdman Azərbaycan”ın uğursuzluğu yetərincə təəccüblü göründü. Turnirin gedişində ortaya çıxan bir sıra suallara cavab tapmaq üçün “Sakur”la oyundan öncə komandanın kapitanı Sərxan İbrahimoğlu ilə söhbətləşdik.
- 2 oyun və 2 məğlubiyyət. Buraxılan 6 qolun qarşılığında vurulan cəmi 1 qol. Niyə belə oldu?
- Səbəblər mütxəlifdi. Başlıca səbəblərdən biri yaş amilidi. Yaş ortalamasına görə komandamız çempionatın ən yaşlı komandalarından biri idi. Bu azmış kimi, qrupda bəxtimizə çempionatın favorit komandaları düşdü. Həm “Napoli”nin, həm də “İstvud”un heyətində bacarıqlı və gənc futbolçular vardı. Üstəlik, ilboyu böyük həvəslə bu yarışa hazırlaşırdılar. Təsəvvür edin, rəqiblər o qədər güclü idi ki, nə bizim sabiq futbolçuların təcrübəsi, nə də istək köməyə çatdı. “Napoli”ylə görüşdə komandamızda anlaşma səviyyəsi yaxşı deyildi. Turnirdə ikinci oyununu keçirən rəqib bundan maksimum yararlandı. “İstvud” isə dünya çempionatının əsas favoritlərindən sayılır. Əlimizdən gələni etsək də, daha üstün olan rəqiblər meydanı qalib tərk etdi.
- İştirak ərizəsinə vaxtilə peşəkar futbol oynamış neçə nəfərin adının salınmasına icazə verilirdi?
- Ən yaxşı halda karyerasını 1 il əvvəl başa vurmuş futbolçular iştirak edə bilər. Bizdə isə elə futbolçu yox idi. Adlardan da göründüyü kimi, ən cavan futbolçumuz karyerasını 5 il əvvəl başa vurub. Mehman Yunusov 12, Hüseyn Məhəmmədov 10, Xaqani Məmmədov 8 il əvvəl peşəkar futbolla vidalaşıb. Amma rəqiblərin heyətində elələri vardı ki, karyerasını 1-2 əvvəl bitirməsinə baxmayaraq, hələ də yüksək səviyyədə oynayır. Onlara qarşı oynamağa gücümüz çatmadı. Açıq deyirəm, qrupdakı rəqiblərdən zəif idik. Daha hazırlıqlı komanda ilə gəlmək lazım idi. Sualınıza gəlincə, limit yox idi.
- “Napoli”də, “İstvud”da Ceyhun Sultanov, Mehman Yunusov, Hüseyn Məhəmmədov kimi öz dövrünün tanınmış futbolçuları vardı?
- Adlarını dəqiq xatırlamıram. Bu komandaların heyətində karyerasını 1-2 il əvvəl bitirən futbolçular vardı. Meydandakı hərəkətləri bir tərəfə, kənardan baxanda elə bilirsən ki, hələ də peşəkar futbol oynayırlar. Məsələn, “Napoli”də vaxtilə Samir Musayevlə eyni komandada oynamış futbolçu vardı, öpüşüb-görüşüb söhbətləşirdilər. Füzuli Məmmədovun da tanıdıqları vardı. Belə deyim, elə komanda yox idi ki, heyətində ötənlərin məşhur futbolçuları olmasın.
- Çox demirəm, hamının tanıdığı 5 ən tanınmış futbolçunun adını çəkə bilərsən?
- Bizə yaxşı tanış olan, vaxtilə “Qarabağ”, “Kəpəz”, “Qəbələ”də oynamış Qoqa Beraya. Rusiya yığmasının sabiq futbolçuları Aleksandr Panov, Roman Pavlyuçenko, Yevgeni Aldonin, Andrey Karyaka. Bəs edər?
- Sosial şəbəkələrdə Moskvada yaşayan soydaşlarımız canfəşanlıq edirdi. Biri oyunun vaxtını, digəri məkanı soruşurdu. Görüşlər zamanı tribunada həmyerlilərimiz olurdu?
- Kifayət qədər azərbaycanlılar gəlir, bizə dəstək olurdular. Sağ olsunlar. Hətta Moskvada işgüzar səfərdə olan Rəşad Sadıqov da “İstvud”la görüşdə bizə dəstək verənlər arasındaydı.
- Qaydalara əsasən start heyətindəki 8 nəfərin hamısı sabiq futbolçu ola bilər?
- Reqlamentin prinsiplərinə əsasən bunun heç bir fərqi yoxdu. 8 nəfərin hamısı vaxtilə peşəkar futbol oynayanlar da ola bilər, həvəskarlar da. Yadıma düşmüşkən onu da qeyd edim ki, Ceyhun Sultanov “Napoli”nin heyətində 3 futbolçunu dərhal tanıdı. Onlar bir neçə il əvvəl “Sumqayıt”ın Antalya toplanışında baxışda olublar.
- Rusiyada tanınan yerli, yaxud azərbaycanlı ünlülərdən kimlərlə görüşmək imkanınız oldu?
- Düzü, elə bir imkanımız, vaxtımız olmadı. Sağ olsun, yalnız Rəşad Sadıqovla görüşdük, “İdman Azərbaycan”a dəstək verdi.
- BFL liqasında iştirak etməyən Kənan Kərimovu Moskvaya səfər edənlər arasında gördük. Bu necə mümkün oldu?
- Yerli liqa başa çatandan sonra bəzi transferlərə icazə verilir. Kənan Kərimov da yeni transferimiz idi.
- Yenilərdən başqa kim vardı?
- Yalnız o idi.
- Komandanın adı “İdman Azərbaycan” olsa da, Moskvaya telekanalın cəmi dörd əməkdaşı – sən, Tural Məmmədli, İsmayıl Abdullayev və Fərid Ramazanov yollanmışdı. Halbuki səni çıxsaq, başqalarının meydana ayaq basmaq imkanı olmadı.
- Dediyim kimi, qrupdakı ilk iki rəqib həddən artıq güclü olduğuna görə bizim oynamaq şansımız az oldu. Bu gün “Sakur”la sonuncu görüşümüz var və adını çəkdiklərinizin hər biri meydanda olacaq.
HƏBİB

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər