Sizin reklam burada

“Xəzər” çempionluğu “Çinar”da qeyd etdi

Baxış Sayı:992

“Xəzər” çempionluğu “Çinar”da qeyd etdi
Boğazından çörək keçməyən futbolçular və ortalıqda qalan lazımsız kubok...
Sonuncu turda “Şüvəlan”a uduzmasına baxmayaraq, birinci divizionun qalibi adını qazanan “Xəzər”in üzvləri oyundan sonra kubok və medallarına qovuşdu. Premyer-liqada iştirakı sual altında olmasına baxmayaraq, klub rəhbərliyi məşqçi və futbolçuların ilboyu çəkdiyi əziyyəti nəzərə alıb, matçdan dərhal sonra ziyafət süfrəsi açmışdı.
Binəqədi rayonundakı Heydər Əliyev adına İstirahət Parkında yerləşən “Kafe Park Çinar”da yığışan futbolçuların yanında 20-yə yaxın media mənsubu da vardı. Klubun sahibi yığıncaqda iştirak etməsə də, “Xəzər” rəsmiləri – həm də həmkarlarımız olan Emin Abbasovla Gündüz Abbasov ordaydı. Elitaya yüksəlməyin şübhə altına düşməsi məclisə də təsirsiz ötüşməmişdi. Futbolçular təamları zorla yeyir, gözlərini divarlara zilləyib sanki Allahdan imdad diləyirdilər. Masanın üzərindəki çempionluq kuboku isə əhəmiyyətsiz hədiyyə kimi ortalıqda qalmışdı. Kənardan baxan elə düşünərdi ki, kuboku bu komandanın üzvləri yox, başqaları qazanıb, sadəcə, əmanət kimi onlara tapşırıblar.
“Xəzər”in premyer-liqada olub-olmayacağı böyük sual altındadı. Bu baş verməsə, çox güman, klub fəaliyyətini dayandıracaq. Belədə dünənki məclis həm də futbolla vida görüşü kimi yadda qalacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR