Sizin reklam burada

Yığma uduzdu, baş məşqçi razı qaldı

Müəllif: football Tarix: 14-05-2018, 00:26 603 Baxış
Yığma uduzdu, baş məşqçi razı qaldı
Slovakiyada 2000 təvəllüdlü futbolçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub. Yığmamız dünən 3-cü yer uğrunda oyunda ABŞ-ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsiylə bitib. Futbolçularımızdan Turan Vəlizadə 65-ci, Rauf Hüseynli isə 70-ci dəqiqədə qırmızı vərəqə alıb. Beləliklə, U-19 turniri 4-cü yerdə başa vurub.
Millinin baş məşqçisi Vüqar Məmməd AFFA-nın saytına açıqlamasında bunları deyib: “Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım. Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibəti ilə təbrik edirəm. Ümumilikdə turnir haqda onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunmuşdu. Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində MY, “Liverpul”, “Şalke-04”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi. Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdı. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idi və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı. Futbolçuların hər birindən razı qaldım, onlar millinin formasını geyməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacam. Birlikdə planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”.
SON XƏBƏRLƏR