AFFA-nın təşkil etdiyi Region Liqasında qrup mərhələsinə yekun vurulduğunu xəbər vermişdik. Mayın 12-13-də isə pley-off oyunları keçiriləcək. Qalib komandalar yarımfinala yüksələcək. Bu mərhələnin dördüncü iştirakçısı isə Naxçıvan komandası olacaq.
Pley-off oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
Alyans (Cənub RFF) - Füzuli
12 may. Ağsu. Şəhər stadionu. Saat 14.00
Şağan - Uğur (Sumqayıt)
13 may. Bayıl Arena. Saat 17.00
Energetik (Mingəçevir) - Şəki
13 may. Qəbələ. Hacıalı kənd stadionu. Saat 12.00