Kazım İsmayıllı gümüş medal qazandı - DÇ

13.11.2024 04:54 340
İdman
Kəmər güləşi üzrə təmsilçimiz Kazım İsmayıllı Tatarıstanın paytaxtı Kazanda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdmançımız 57 kq çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.