Çexiyanın Gənclər Liqasında növbəti oyunlar keçirilib. Güclülər qrupunda “Banik” 5-ci turdan təxirə salınan görüşdə evdə “Teplitse”yə qalib gəlibsə (2:1), 6-cı tur çərçivəsində Liberetsdə “Slovan”a müqavimət göstərə bilməyib – 0:3. Arzuman Rizvanov hər iki qarşılaşmada 90 dəqiqə oynayıb. 7 xalla 6-cı pillədə qərarlaşan “qırmızı-göylər” növbəti matçı doğma meydanda “Jlin”ə qarşı keçirəcək.
Zəiflər qrupunda isə “Slaviya” azarkeşləri önündə “Trinets”ə uduzub – 0:1. Zədəli Rövlan Muradov bu oyunu buraxıb. 9 xalla ilk “5-liy”i qapayan “ağ-qırmızılar” 7-ci turda “Çeşke”ni qəbul edəcək.