
Futzal Federasiyasından absurd qərar
Reqlamenti mövsümün sonunda dəyişdilər
Futzal üzrə birinci liqada 26-cı tura yekun vurulub. Bu, çempionatın ilk mərhələsi çərçivəsində son tur olmalı, gələn həftədən pley-off görüşlərinə start verilməliydi. Reqlamentə görə, iki dövrədən ibarət yarışın ilk mərhələsinin yekununda 1-8-ci yeri tutan komandalar “uduzan çıxır” prinsipi ilə münasibətlərinə aydınlıq gətirməliydilər. Konkret 1-ci yeri tutan komanda 8-ci yerin sahibi, “2” “7” ilə, “3” “6” il’ və nəhayət, “4” “5” ilə qarşılaşmalı idi. Daha sonra yarımfinal və final görüşləri keçiriləcəkdi. Onu da deyək ki, bu reqlament bəzi Avropa ölkələrində tətbiq olunur. Ancaq dünən öyrəndik ki, pley-off görüşləri ləğv olunub. Buna səbəb kimi “8-lik”də yer alan komandalardan bir neçəsinin mübarizəni davam etdirmək istəməməsi göstərilir. Belədə Futzal Federasiyası 26-cı turun görüşləriylə çempionatı yekunlaşdırmağı məqsədəuyğun sayıb. Beləliklə, iki tur əvvəldən yarışı tərk edən “Star”a görə texniki nəticə ilə 3 xal qazanan “Hell Energy” bu görüşün nəticəsindən asılı olmayaraq, çempion olub.
26-cı turun nəticələrini nəzərinizə çatdırırıq:
İtaldizain – Gilan 5:8
Qarabağ – Standard 9:1
Baku Fire – Baku Fans 5:2
U-17 – Green-Log 3:4
Yeni Günəşli – Yasamal-2 2:4
ADBTİA – Romana 14:0
1. Hell Energy 26 22 3 1 143-35 69
2. Baku Fire 26 20 3 3 179-75 63
3. Qarabağ 26 19 4 3 190-60 61
4. ADBTİA 26 16 5 5 142-62 53
5. Green Log 26 16 4 6 107-67 52
6. Standard 26 14 2 10 166-89 44
7. Yeni Günəşli 25 12 4 9 92-67 40
8. İtaldizain 26 11 5 10 131-81 38
9. Yasamal-2 26 11 0 15 125-125 33
10. Baku Fans 26 9 1 16 96-107 28
11. Gilan 26 5 1 20 89-224 16
12. U-17 25 4 2 19 75-122 14
13. Star 26 3 0 23 51-220 9
14. Romana 26 2 0 24 60-312 6