Toral və Yankoviç mükafatlandırıldı

10.11.2024 20:31 264
Ölkə futbolu
"Qarabağ"ın futbolçuları Toral Bayramov və Marko Yankoviç mükafatlandırılıb.

"Football-plus.az" xəbər ki, onlar 100 dəfə Ağdam klubunun formasını geyiblər.

Yubiley matçı Avropa Liqasında "Bude/Qlimt"lə (2:1) görüşə təsadüf edib. Misli premyer-liqasının 13-cü turunun "Zirə" ilə görüşündən əvvəl Bayramov və Yankoviçə klubun 100 yazılmış forması təqdim olunub.

Qeyd edək ki, mükafatı "Qarabağ"ın baş direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov verib.