Sizin reklam burada

Yığma məğlubiyyətlə başladı

Müəllif: football Tarix: 10-05-2018, 18:53 641 Baxış
Yığma məğlubiyyətlə başladı
2000 təvəllüdlü futbolçulardan ibarət yığmalar arasında Slovakiyada təşkil olunan beynəlxalq turnirdə millimiz ilk oyununu keçirib. Macarıstanla qarşılaşan U-19 minimal hesabla məğlub olub – 0:1.
Yığmanın baş məşqçisi Vüqar Məmməd matçla bağlı AFFA-nın saytına açıqlamasında bunları deyib: “Turnirdə çox güclü komandalar iştirak edir. Yeganə mənfi cəhət oyunların hər gün keçirilməsidi. İstirahətə və bərpa olmağa zaman qalmayacaq. Oyuna gəlincə, təəssüf ki, çoxlu qol vəziyyətləri yaratmağımıza baxmayaraq, qələbə qazana bilmədik. Rəqib cərimə zərbəsindən sonra fərqləndi və bunun sayəsində qələbə qazandı. Amma futbolçularımızda istəyin olması sevindirici haldı. Növbəti qarşılaşmalarda xarakter nümayiş etdirib daha yaxşı oyun sərgiləcəyimizə və müsbət nəticə qazanacağımıza inanıram. Həmçinin çalışıb ustalıq səviyyəmizi də artırmalıyıq”.
Qeyd edək ki, U-19 növbəti oyununu bu gün Uelsə qarşı keçirəcək. Bu qarşılaşma Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.
SON XƏBƏRLƏR